SON XƏBƏRLƏR

Təbrizli millət vəkilindən İranın neft nazirinə xəbərdarlıq

2021.12.09, 11:32
Təbrizli millət vəkilindən İranın neft nazirinə xəbərdarlıq

Gunaz.tv

“Problemin həlli üçün nazirə bir həftə vaxt veririk. Bu müddətdə problem həll olunmasa nazir barəsində impiçment məsələsini parlamentin açıq oturumunda gündəmə gətirəcəyik”-deyə, millət vəkili bildirib. 

O, bildirib ki, bir ay yarım bundan nöncə bölgədə yaranan ekoloji problem, stansiyalara qaz verilişinin dayandırılması ilə bağlı parlamentdə məsələ qaldırdığına, nazirliyə məktubla müraciət etməsinə baxmayaraq, hər hansı cavab ala bilməyib. 

Millət vəkili qaz çatışmazlığı səbəbindən Təbriz və Binabın “Səhənd” istilik elektrik stansiyalarında mazutdan istifadə barədə açıqlamalar ayrı-seçkiliyə söykənib və bu başqa şəhərlərdə belə olmadığı üçün azərbaycanlılara qarşı ədalətsizlik sayılır. 

“Üç aydır ki, neft Nazirliyi Təbriz və Səhənd istilik elektrik stansiyalarına qaz verilişini kəsdiyi üçün keyfiyyətsiz mazutdan istifadə nəticəsində gündə 1.800 milyon litr mazut və 350 ton kükürd Təbriz səmasına buraxılır”-deyə, Mütəfəkkir Azad azərbaycanlılara qarşı fərqli yanaşmanı tənqid edib. 

Qeyd edək ki, bundan ay yarım öncə də Ruhullah Mütəfəkkir Azad problemlə bağlı məsələ qaldırmış və ondada neft nazirinə iki həftə möhlət vermişdi. 

Bununla yanaşı, cari günəş ilinin əvvəllərindən başlayan müzakirə və etirazlar Energitika Nazirliyi və əyalət rəhbərliyinin məsələyə müdaxiləsinə səbəb olsa da, bu günə kimi müsbətə doğru hər hansı addım atılmayıb.

Şərqi Azərbaycan əyalətinin məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, elektrik stansiyasının mazutdan istifadə etməsi qanuna və Enerji Komissiyasının təsdiq etdiyi qaydalara ziddir.

“Təbriz istilik elektrik stansiyasında qaz əvəzinə mazutdan istifadə hava çirkliliyini gücləndirib, kənd təsərrüfatı məhsullarına mənfi təsir göstərib və bölgədə yaşayan insanların sağlığında problem yaradıb”-deyə, Ətraf Mühitin Mühafizəsi İdarəsinin açıqlamasında bildirilib.

Açıqlamada Təbriz, Üskü, İlxıçı, Xosroşəhr və Tufarqan şəhərlərinin havasının çirkləndirilməsində adı çəkilən stansiyanın əsas rol oynadığı, ətraf mühit və kənd təsərrüfatına vurduğu ziyanla yanaşı adı çəkilən bölgələrin sakinlərinin tənəffüs xəstəliklərinə tutulmasına səbəb olduğu qeyd olunub.

C.E

هشدار های عدم استفاده از مازوت را جدی بگیرید!/ مسئولان اصفهانی نفس کشیدن را  برای شهروندان سخت نکنند – صاحب نیوز

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar