SON XƏBƏRLƏR

Təbrizin Traktor zavodunun işçilərinin tətil aksiyası davam edir

2022.02.01, 10:35
Təbrizin Traktor zavodunun işçilərinin tətil aksiyası davam edir

Gunaz.tv

Narazılar məsulların onlarla götüşməkdən boyun qaçırdıqlarını bildiriblər.

İşçilər Təbriz Traktor İstehsalat Şirkətinin yeni baş direktorunun dəyişdirilməsini, maaşlarının artırılmasını  və əmək təhlükəsizlikləri barədə təminat verilməsini istəyirlər.

2021-ci ilin noyabr ayında baş verən tətil aksiyasından sonra zavod rəhbərliyində dəyişikliyin olacağı, işçilərin tələblərinin nəzərə alınacağı ilə bağlı verilən verilən vədlər yerinə yetirilməyib.

Buna görə də narazı işçilər zavodda toplaşaraq əmək haqqının sabit ödənişlərlə deyil, iş sifarişinə uyğun olaraq artırılmasını tələb ediblər.

Onlar həmçinin vəzifə təsnifatlarının tətbiq edilməsini, müvafiq və yenilənmiş məhsuldarlıq haqlarının ödənilməsini, sığortaları sahəsindəki problemlərin həlli ilə bağlı zavod rəhbərliyinin əməli addım atmasını istəyirlər.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar