SON XƏBƏRLƏR

Təbrizin İstilik Elektrik Stansiyasında güclü yanğın: 2 nəfər ağır yanıq xəsarətləri alıb

2022.02.02, 09:13
Təbrizin İstilik Elektrik Stansiyasında güclü yanğın: 2 nəfər ağır yanıq xəsarətləri alıb

Gunaz.tv

Məlumata görə, fevralın 1-i axşam saatlarında istilik elektrik stansiyasında baş verən güclü yanğın nəticəsində iki nəfər ağır yanıq xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmməbaqir Hünərbər isə mediaya verdiyi açıqlamada yanğının söndürüldüyünü, üç nəfərin xəsarət aldığını təsdiq edib.

Təbriz-Tufarqan yolunun 16 kilometrliyində yerləşən İstilik Elektrik Stansiyası nominal istehsal gücü 800 MVt-dır.

Bu son ildə istilik elektrik stansiyasında baş verən ikinci yanğın hadisəsidir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar