SON XƏBƏRLƏR

Təbrizin yeni bələdiyyə başçısı təsdiq olundu

2022.04.05, 12:17
Təbrizin yeni bələdiyyə başçısı təsdiq olundu

Gunaz.tv

Səsvermədə onun rəqibi, bələdiyyə başlığına namizəd Səid Şərifi şura üzvlərinin altısının müsbət səsini ala bilib.

Yəqub Huşyar 1977-ci ildə Təbrizdə anadan olub və Təbriz Universitetinin İnşaat Mühəndisliyi fakültəsini bitirib.

O, iki dövr Təbrizin iki bölgəsinin bələdiyyə başçısı olub.

Bir müddət isə Tehran şəhərinin 18-ci bölgəsinin bələdiyyə başçısı kimi çalışıb.
Qeyd edək ki, 30 avqust 2021-ci ildə Təbriz bələdiyyə başqanlığına təyin olunan Abbas Rəncbər 19 fevral 2022-ci ildə vəzifəsindən uzaqlaşdırılıb.

Təbriz Şəhər Şurasının impiçment təklifindən sonra keçirilən toplantıda bələdiyyə başçısının müdafiə çıxışı Şəhər Şurasının üzvləri tərəfindən qəbul edilmədiyi üçün onun vəzifədə qalıb-qalmaması ilıə bağlı səsvermə keçirilib.

Səsvermə nəticəsində 9 əleyhinə və 4 lehinə olmaqla bir neçə ay bundan öncə vəzifəyə təyin olunan bələdiyyə başçısı Abbas Rəncbər vəzifəsindən uzaqlaşdırılıb.

Rəncbər məsələ ilə bağlı verdiyi açıqlamada korrupsiyaya qarşı mübarizə apardığına görə, hiylə yolu ilə işdən uzaqlaşdırıldığını deyib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar