SON XƏBƏRLƏR

Təbrizli fəal Nadir Sadiqiyan yenidən məhkəməyə çağrılıb

2021.10.20, 07:36
Təbrizli fəal Nadir Sadiqiyan yenidən məhkəməyə çağrılıb

Gunaz.tv

Təbrizli milli-mədəni fəal Nadir Sadiqiyana məhkəmənin elektron sistemi vasitəsilə bildirişə göndərilib və ondan oktyabrın 20-də Təbrizin İnqilab Məhkəməsinin 1-ci bölməsinə müraciə etməyi istənilib.

Bundan öncə Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 15-ci bölməsi Sadiqiyana qarşı irəli sürülmüş “ictimai asayişi pozmaq” və “hökumətə qarşı təbliğat” ittihamlarını təsdiqlyib.

Fəalla qarşı irəli sürülən ittihamlar “kiber məkanda telekommunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək”, “kiber məkanda İran İslam Cumhuriyyətinə qarşı təbliğat”-dan ibarətdir.

Nadir Sadiqiyan 26 iyulda Təbrizdə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq təcridxanaya göndərilib və 11 avqustda Təbriz zindanına köçürülüb.

O, 14 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar