SON XƏBƏRLƏR

Təbrizli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021.11.16, 07:39
Təbrizli fəal barəsində məhkəmə qərarı çıxarılıb

Gunaz.tv

Məhkəmə qərarında təbrizli fəal “kiber məkanda və kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakı hərəkətlərə sövq etmək”də ittiham olunub.

Qərara əsasən Əmir Səttari 4 milyon tümən cərimə və 91 gün həbs cəzasına məhkum edilib. Başqa bir qərarla onun barəsində çıxarılan həbs müddətinin 50 günü iki il müddətinə ertələnib.

Əmir Səttari 21 iyul tarixində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq ETTELAAT-ın təcridxanasına aparılıb.

O, 11 avqustda Təbrizin mərkəzi zindanına köçürülmüş və 15 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Qeyd edək ki, Səttari bundan öncədə fəaliyyətlərinə görə saxlanılmış və barəsində qərar çıxarılıb.

O, hal-hazırda 3 illik şərti həbs cəzasını çəkir.

Əmir Səttari , 2017-ci ildə saxlanıldıqdan sonra 5 illik həbs cəzasına məhkum edilib.

Səttari 5 illik həbs cəzasının 2 ilini çəkdikdən sonra Məhkəmə Hökmlərinin İcrası İdarəsi onun barəsində yeni qərar çıxarıb.

Qərara görə, onun qalan 3 illik məhkumluğu şərti həbs cəzası ilə əvəzlənib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar