SON XƏBƏRLƏR

Təbrizdə aksiya: “Səhənd cam” şüşə şirkətinin işçiləri tətilə başladı

2021.12.06, 07:45
Təbrizdə aksiya: “Səhənd cam” şüşə şirkətinin işçiləri tətilə başladı

Gunaz.tv

Əmək haqlarının azlığına etiraz edən işçilər bir neçə saatlığa işi dayandırıb.

Onlar şirkət rəhbərliyindən inflyasiya səviyyəsinin qalxması səbəbindən əmək haqlarının artırılmasını tələb ediblər. 

İşçilər tələblərinin yerinə yetirilməyəcəyi və aşağı olan əmək haqlarının artırılmayacağı təqdirdə yenidən uzun müddətli tətil aksiyasına başlayacaqlarını bildirib. 

2006-cı ildən fəaliyyətə başlayan Təbrizin “Səhənd cam” şirkəti xüsusi şişələr istehsal edən ən böyük istehsalam müəssisələrindən biridir və hal-hazırda şirkətdə 1000 nəfər işçi çalışır. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar