"Şüarlarla insanların süfrəsini doldurmaq olmaz"-Təbrizli millət vəkili

21.04.2022, 13:17

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan İran hökumnətinin xarici siyasətini tənqid edib.

Gunaz.tv Quote | Gunaz article

Məsud Pezeşkiyan İranın bölgə və beynəlxalq səviyyədə problemlərinə toxunaraq onların həllinin daxili və xarici qüvvələrlə qarşılıqlı anlaşmada olmadan mümkün olmadığını deyib.

“Bundan öncəki hökumət dövründə Radio və Televizya Şirkəti danışıqlarla bağlı davamlı məlumatlar verir, məsələnin təhlil və müzakirəsinə həsr olunan verilişlər yayınlanırdı. İndi danışıqlarla bağlı doğru xəbər verilmir”-deyə, Pezeşkiyan nüvə danışıqları ilə bağlı senzura tətbiq edildiyini bildirib.

Tezliklə dünya ölkələri ilə İranın problemlərinin həlli üçün əməli addımlar atılmasının vacibliyini söyləyib və bunsuz mövcud çətinliklərdən çıxmağın mümkün olmayacağını qeyd edib.

Millət vəkili bununla yanaşı hökumətin iqtisadi siyasətini tənqid edib və bildirib ki, yalnız şüar verməklə əhalinin məişət problemlərini həll etmək, onların süfrəsini zənginləşdirmək mümkün olmayacaq.

“Ən yaxşı komanda hakimiyyətə gəlsə belə, xalqın, bütün təbəqələrin, qrupların iştirakı olmadan heç bir problem həll olunmayacaq”-deyə, Məsud Pezeşkiyan hakimiyyəti inhisarçılıqda günahlandırıb.

O, əsas məsələlərdən birinin qonşu və dünya ölkələri ilə İranın münasibətlərinin normal olmamasını hesab edərək deyib ki, qonşu ölkələrə düşmən gözü ilə baxılmamalı, onlarla danışıq aparılmalı və dövlətin qonşulara qarşı yanaşma tərzi dəyişməlidir.

Təbrizli millət İranın əksinə olaraq Türkiyənin neft və qaz ehtiyatlarına malik olmamasına baxmayaraq inkişafını alqışlayıb və bunu İran hökumətinə nümunə göstərib. 

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda təyyarə qəzaya uğrayıb- İki nəfər yaralanıb

2022-08-10

gun az article

Onlarla siyasi və mədəni fəal İranda bəhailərə qarşı basqıları pisləyib

2022-08-10

gun az article

"Qızıl hisar" zindanında 46 məhbus edam ediləcək

2022-08-10

gun az article

Ceyhun Bayramov: "Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq"

2022-08-10

gun az article

CNN: "İrandakı Rusiya nümayəndələri İran pilotsuz təyyarələri ilə işləmək üçün təlim keçiblər"

2022-08-10

gun az article

İranda təqaüdçülər etiraz aksiyası keçirib

2022-08-10

gun az article

İsrail mənbələri: "Rusiya-İran peyki İsrailin və Qərbin maraqlarına zərər vura bilər"

2022-08-10

gun az article

Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb

2022-08-09

gun az article

Krımda hərbi aerodromda partlayışlar olub

2022-08-09

gun az article

Ərazi bütövlüyü tam təmin olunacaq - Ceyhun Bayramov

2022-08-09

gun az article

İlham Əliyev Şimali Kipr prezidentini qəbul edib

2022-08-09

gun az article

İslam Oyunlarının təntənəli açılışı oldu

2022-08-09

gun az article

İranda yol qəzalarında ölənlərin yeni statistikası açıqlanıb

2022-08-09

gun az article

QHT BMT qurumuna üzv qəbul olundu

2022-08-09

gun az article

İranda şiddətli quraqlıq xəbərdarlığı

2022-08-09

gun az article

"Uşaq qatili olan rejimə dəstək verirlər"-Mirhüseyn Musəvi İran hökumətinin Suriya siyasətinə qarşı çıxdı

2022-08-09

gun az article

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

2022-08-09

gun az article

Qərbi azərbaycanlılara qaçqın statusu verilsin-Millət vəkili

2022-08-09

gun az article

Rusiya İranın “Xəyyam” peykini orbitə buraxıb

2022-08-09

gun az article

İranda bəhailərin təhsilinə imkan verilmir

2022-08-09