SON XƏBƏRLƏR

Təbrizli millət vəkili İranın nüvə danışıqlarındakı mövqeyini tənqid edib

2021.11.18, 14:08
Təbrizli millət vəkili İranın nüvə danışıqlarındakı mövqeyini tənqid edib

Gunaz.tv

“Bir tərəfdən nüvə danışıqlarını lənətləyir, söyürlər, başqa bir yandan isə danışıqlara qayıtmaq istədiklərini bildirirlər. İndi necə başa düşək: danışıqlar yaxşıdır ya pis?”-deyə, Pezeşkiyan mediaya verdiyi müsahibədə bildirib.

O, deyib ki, hələ də hökumət və İran parlamentində oturanlar dünya ilə qarşılıqlı əlaqə şəklində problemləri həll etməyin mümkün olduğunu anlamayıblar.

“Dünya ölkələri ilə qarşılıqlı və normal münasibətlər qurmayacağımız təqdirdə iqtisadi problemlərin həlli ilə bağlı irəli sürülən bütün plan və təkliflər iflasa uğrayacaq”-deyə, Təbrizin nümayəndəsi hökuməti radikal mövqe tutmaqda günahlandırıb.

Pezeşkiyan heç bir xalq və ölkənin özünü dünyadan təcrid yolu ilə uğur qazanmadığını, bunun nəticələrinin ağır olacağını deyərək, İranın dünya bank sistemindən qıraqda qalmasını özünü təcridin nümunəsi kimi qeyd edib.

Millət vəkili dünya ölkələri ilə normal və məntiqli münasibətlərin qurulmadığı, nüvə danışıqlarında razılığa gəlinmədiyi halda inkişafın mümkün olmayacağını xatırladaraq, bir sıra milət vəkilləri və hökumət rəsmilərini populizmdə ittiham edib.

“Hələ də elə bilirlər ki, danışıqlarda razılığa gəlmədən problemləri həll etmək olar.

Elə bir yol seçməlidirlər ki, xalqın problemləri həll olunsun. Həm danışığa gedirik, həm getmirik kimi çıxışlarla heç nəyə nail olmaq olmaz”-deyə, Məsud Pezeşkiyan həmkarlarını əhalinin problemlərinə laqeyd yanaşmaqda ittiham edib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar