SON XƏBƏRLƏR

Təbrizli ixtiraçı hökuməti tənqid etdi

2021.12.06, 14:29
Təbrizli ixtiraçı hökuməti tənqid etdi

Gunaz.tv

“Hökumətin ixtiraçılara qarşı laqeydliyi və bürökratik əngəllər qarşımızda duran əsas maneələrdən biridir. İlkin ixtira işlərindən başlayaraq ixtiranı qeydiyyata salmaq və istehsal etməyə qədər problemlər var”-deyə, gənc ixtiraçı bildirib.

O, əsas problemlərdən birinində ixtiranın istehsala buraxılması və onun satışını təşkil etmək olduğunu bildirib.

“Texnologiyaçı və ixtiraçı fikirlərini və zehnini məhsulların keyfiyyətini yüksəltməyə və biliklərini yeniləməyə yönəltməlidir. Ancaq hazırkı durumda onların bütün düşüncələri marketinq və məhsul satışı ilə bağlıdır”-deyə o, bildirib.

M.Şahin hökuməti və aidiyyatı qurumları gənc ixtiraçılara, novatorlara və texnoloqlara iş yerlərinin açılması üçün maddi və mənəvi dəstək verməyə çağırıb.

Qeyd edək ki, Mehdi Şahin Təbriz Universitetinin energetika fakültəsinin magistratura pilləsində təhsil alıb və biliyə əsaslanan şirkətin baş direktoru olan ixtiraçı, Azərbaycanda qeydiyyatdan keçmiş “avtomobilin soyutma sisteminin avtomatik ventilyasiya hissəsi” sisteminin ixtiraçısıdır. 

2017-ci ildən bəri onun ixtirası “İranxodro” avtomobil şirkəti və ölkənin əlaqədar texniki və peşəkar təşkilatları tərəfindən təsdiqləndikdən sonra ötən ildən rəsmi sənaye istehsalı üçün icazə verilib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar