SON XƏBƏRLƏR

Güney Azərbaycanda teatra diqqət ayrılmır- "Ən böyük problem maliyyə çatışmazlığıdır"- Təbrizli rejissor

2021.10.30, 13:27
Güney Azərbaycanda teatra diqqət ayrılmır- "Ən böyük problem maliyyə çatışmazlığıdır"- Təbrizli rejissor

Gunaz.tv

“Hazırda ən böyük problemimiz maliyyə çatışmazlığıdır. İcra etmək üçün tamaşalarımızın olmasına baxmayaraq, vəsait olmadığı üçün bunu edə bilmirik”-deyə, təbrizli rejissor hökumətin bu sahəyə dəstək vermədiyini bildirib.

O, deyib ki, teatr sahəsinin əməkdaşları və oyunçular müxtəlif məişət problemlərindən əziyyət çəkdikləri üçün istənilən səviyyədə öz işlərinə konsentrə ola bilmirlər.

“Təbrizli sənətçilər imkanlarından daha çox öz işlərinə, sənətlərinə bağlı olmalarına, fədakarlıq göstərmələrinə baxmayaraq, arzu etdikləri nəticəni əldə edə bilmirlər.

Təbriz teatrında mövcud olan problemlər təsəvvür olunandan qat-qat çoxdur”-deyə, Səid Rzanejad bildirib.

Rejissor problemin həllinin hökumətin üzərində olduğunu diqqətə çatdırıb və bildirib ki, bir sıra əlaqədar şəxs və qurumların sənətçilərə verdikləri dəyər yalnız onlarla foto çəkdirməkdən ibarətdir.

C.E  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar