SON XƏBƏRLƏR

Təbrizli vəkil Negim Kiyani qeyri-müəyyən vəziyyətdə saxlanılır

2022.11.08, 09:01
Təbrizli vəkil Negim Kiyani qeyri-müəyyən vəziyyətdə saxlanılır

Gunaz.tv

Təbrizli vəkil və insan hüquqları müdafiəçisi Negin Kiyani Təbriz zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Oktyabrın 15-də saxlanılan azərbaycanlı vəkillə ailəsinin görüşü və telefon danışığına icazə verilmədiyi, bu müddət ərzində yalnız bir dəfə anası ilə qısa müddətli görüşü olduğu bildirilib.

Negin Kiyaniyə qarşı ittiham bəlli olmasa da, onun saxlanılan azərbaycanlı fəalları könüllü müdafiə etdiyi üçün rejimin qəzəbinə tuş gəldiyi ehtimal edilir.

Qeyd edək ki, Negin Kiyani və başqa 3 azərbaycanlı vəkil 15 oktyabrda təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Təbriz zindanına köçürülüblər.

Vəkillərin həbsi oktyabrın 14-də tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib. 

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar