SON XƏBƏRLƏR

Həbs edilən təbrizli vəkillər aclıq aksiyasına başlayacaq

2022.10.26, 06:52
Həbs edilən təbrizli vəkillər aclıq aksiyasına başlayacaq

Gunaz.tv

15 oktyabrda təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Təbriz zindanına köçürülən azərbaycanlı vəkillər Qasım Bodi, Sina Yusifi və Əmir Mehdipur qanunsuz olaraq zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılmalarına, işlərinə baxılmamasına və hüquqlarının pozulmasına etiraz əlaməti olaraq aclıq aksiyasına başlayacaqlarını bildiriblər.

Ailələri ilə telefon danışığında bu barədə məlumat verən vəkillər 3 gün müddətində tələbləri yerinə yetirilməsə müddətsiz aksiyaya başlayacaqlarını deyiblər.

Qeyd edək ki, vəkillərin həbsi bir neçə gün bundan öncə tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar