SON XƏBƏRLƏR

Həbs edilən urmulu media fəalı Siyavuş Süleymanipurdan xəbər yoxdur

2022.10.19, 06:01
Həbs edilən urmulu media fəalı Siyavuş Süleymanipurdan xəbər yoxdur

Gunaz.tv

Qeyd edək ki, o, oktyabrın 1-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun həbs edilməsindən 18 gün keçməsinə baxmayaraq harada saxlanıldığı və nədə ittiham olunduğu ilə bağlı əlaqədar dövlət qurumları açıqlama vermirlər.

Azərbaycan Mədəniyyət Ocağı Assosiasiyasının rəhbəri, "Çiçhest News" saytının məsul meneceri və lisenziya sahibi olan mühəndis Süleymanipur bundan öncə də bir neçə dəfə  mədəni fəaliyyətinə görə çağırılıb, təhdid edilib və saxlanılıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar