SON XƏBƏRLƏR

Bu açıqlamadan sonra Türkiyə lirəsi bir qədər ucuzlaşıb

2021.10.20, 07:36
Bu açıqlamadan sonra Türkiyə lirəsi bir qədər ucuzlaşıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampın amerikalı rahib Endryu Bransonun azad edilməsi məsələsində Türkiyəyə daha heç bir güzəştin edilməyəcəyi barədə açıqlamasından sonra türk lirəsi ABŞ dolları qarşısında bir qədər də ucuzlaşıb.

 

Məlumata görə, TRY/USD nisbəti 6,09-dan 6,16-ya yüksəlib. Hələ ki, Türkiyə rəsmiləri D.Trampın bəyanatına şərh verməyiblər.

 

ABŞ prezidenti Donald Tramp “Reuters” agentlyinə verdiyi müsahibədə Türkiyəyə qarşı mövqeyindən hər hansı güzəştə getməyəcəyini bildirib. Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla “əvvəllər bir-birlərini yaxşı başa düşdüklərini” deyib. Amma bildirib ki, Ərdoğanın rahib Brunsonu azadlığa buraxmaqdan imtina etməsi “qorxunc səhv” oldu.

 

Trampın sözlərinə görə, o Ərdoğanla anlaşma əldə etmişdi. Həmin anlaşma çərçivəsində ABŞ prezidenti İsraildə həbsdə olan bir Türkiyə vətəndaşının azadlığa buraxılmasını təmin edib. Bunun əvəzində Ərdoğanın rahib Brunsonu azadlığa buraxacağını gözləyib.

 

“Onun üçün (Ərdoğan nəzərdə tutulur) həmin Türkiyə vətəndaşının azadlığa buraxılmasını təmin etdim. Onun da (Ərdoğanın) bu məsum və mükəmməl insanı, möhtəşəm ata və gözəl xristian olan o adamı (Brunsonu) Türkiyədən buraxmasını gözlədim”-Tramp anlaşma barədə deyib.

 

ABŞ prezidenti əlavə edib ki, Türkiyənin hərəkətləri “çox məyusedicidir”. “Mən onların dəhşətli səhvə yol verdiklərini düşünürəm. Hər hansı güzəşt olmayacaq”-Tramp vurğulayıb.

 

Rahib Brunson Türkiyədə PKK və FETÖ terror təşkilaları ilə əlaqədə ittiham olunaraq həbs edilib, hazırda ev dustaqlığındadır. Amerika tərəfi onun tamamilə günahsız olduğunu bildrir. Türkiyə tərəfi isə Brunsonu Fətullah Gülənlə dəyişmək cəhdləri edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar