SON XƏBƏRLƏR

Bu dəfə alınmadı.Hillari Klinton ABŞ prezidentliyi uğrunda mübarizə aparmaqdan vaz keçdi. Əcəba, niyə?

2021.10.20, 07:36
Bu dəfə alınmadı.Hillari Klinton ABŞ prezidentliyi uğrunda mübarizə aparmaqdan vaz keçdi. Əcəba, niyə?

Gunaz.tv
Bu dəfə alınmadı Hillari Klinton ABŞ prezidentliyi uğrunda mübarizə aparmaqdan vaz keçdi. Əcəba, niyə? Birləşmiş Ştatların sabiq birinci ledisi, Nyu-York ştatından olan senatorun seçkiqabağı təbliğat kampaniyası son onilliklər ərzində ən parlaq hadisələrdən biri idi. ABŞ tarixində indiyədək heç bir qadın prezident postuna bu qədər yaxın olmamışdı. Və sabiq birinci ledinin yüz minlərlə insan tərəfindən səmimiyyətlə, emosional şəkildə dəstəklənməsini nəzərə alsaq Amerika ilk qadın prezidentinə hazır idi. Amma alınmadı - bu dəfə olmadı. ... Hillari Klintonun prezident ambisiyaları illər əvvəl kimsəyə sirr deyildi. Hələ Nyu-York ştatından ABŞ Senatına seçilmək niyyətini açıqlayanda Demokrat Partiyasının funksionerləri ehtiyatlanırdılar ki, miss Hillarinin sonrakı planları Respublikaçılar Partiyası tərəfindən onun özünə qarşı istifadə oluna bilər. Gerçəkdən də 2006-cı ilin Senat seçkilərində Klintonun rəqibi Con Spenserin tərəfdarları seçicilərə deyirdilər ki, senator olmaq sabiq "first lady"yə ştat sakinlərinin maraqlarını müdafiə etmək üçün yox, Ağ Ev uğrunda mübarizə məqsədilə start meydançası qismində gərəkdir. Buna rəğmən Klinton rəqibi Spenserdən 2,5 dəfə çox səs toplamışdı. Taleyin ironiyasına bax ki, senator qismində yetərincə uğurlu karyerası Klintonun prezident seçkilərindəki mübarizəsində ən böyük əngələ döndü. Demokrat Partiyasından vahid namizəd olmaq uğrunda praymerizlər dönəmində rəqiblər ara vermədən xatırladırdılar ki, bəs Hillari Klinton senator olarkən İraqa qoşun yeridilməsinin lehinə səs verib. Ystəlik əri Bill Klinton prezident olarkən onun birinci ledi qismindəki fəaliyyəti şübhə altına alındı. Onu da deyirdilər ki, uşaqlar üçün tibbi sığorta proqramının həyata keçirilməsində Klintonun xidmətləri onun təqdim etdiyi qədər önəmli deyil. Seçkiqabağı kampaniya ərzində Klinton hər sözü yüz ölçüb bir biçəndən sonra deməliydi. Onun əri Bill ilə birlikdə 1996-cı ildə Bosniyaya səfəri barədə danışdığı "səmimi xatirə"nin əslində yalan olduğu aşkarlanmışdı. Seçicilər qarşısında çıxış edərkən sabiq birinci ledi Sarayeva hava limanında snayper atəşi altında təyyarədən maşına tərəf qaçdığını demişdi. Fəqət bu "xatirə" səfərin videoyazısı, üstəlik də Hillari Klintonun özünün xatirələr kitabındakı müvafiq fraqmentlə tərs gəldi. Düşünürük ki, Hillari Klinton seçkiqabağı kampaniyasında iki çox ciddi səhvə yol verdi. Onlardan birincisi xanım senatorun Ağ Evlə bağlı prioritetləridir. Bütün seçici və sponsorların dəstəyini ala bilməyəcəyini anlayan Hillari Klintonla onun seçki qərargahı əsas diqqəti əhalisi sıx olan ştatlarla pullu donorlara yönəltdilər. Nəticədə Klinton istədiyi dəstəyi alsa da, Demokrat Partiyasından vahid namizədlik uğrunda onun əsas rəqibi qaradərili senator Barak Obama onu bütün digər ştatlarda üstələdi, üstəlik milyonçu olmayan vətəndaşlardan kiçik ianələr formasında daha çox para topladı. Hillari Klintonun ikinci ən böyük səhvi onun seçkiqabağı kampaniyasının neqativ yönü idi. Əslində əvvəl belə deyildi. Demokrat Partiyada vahid namizədlik uğrunda bir neçə siyasətçi mübarizə aparanda Klinton öz mövqelərini müdafiə edir, onun tərəfdarları isə "xanım senator"un dediklərini seçicilərə çatdırmağa çalışırdılar. Fevralın 4-dəki "superçərşənbə"dən sonra isə məlum oldu ki, Klintonun yeganə və ən güclü rəqibi Barak Obamadır. "Superçərşənbə"dən sonra qaradərili senatorun qələbə şansı artmış, Klinton üçünsə qara zolaq başlamışdı. Və məhz onda Hillari Klintonun seçki qərargahı rəqibi hörmətdən salmaq üçün ən eybəcər üsullara əl atmağa başladı. İnternetdə Obamanın afrikalı paltarında şəkilləri yayıldı, onun əslən müsəlman olduğu vurğulandı. Bütün bunlar azmış kimi Ceraldin Ferraro, sonra da sabiq prezident və ər Bill Klinton rəqibin uğurlarını dərinin rəngi ilə bağladılar. Biabır olan Klinton ərinin və seçki qərargahının dediklərinə görə üzr istəmişdi. Ər Bill Klinton arvadını tərifləyərkən ona populyarlıq qazandırmaq əvəzinə şansı daha da azaldırdı. Çünki amerikalıların tam əksəriyyəti Hillari Klintonun prezident seçiləcəyi təqdirdə real hakimiyyətin onun ərində olacağını düşünürdülər. Respublikaçılar isə Hillari Klintonu hətta "Billari" adlandırmışdılar. Hillari Klinton prezidentlik yarışını uduzdu. Lakin o ABŞ tarixində ilk qaradərili prezidentin administrasiyasındakı ilk qadın vitse-prezident ola bilər. Ambisiyalı və eqoist siyasətçi üçün pis perspektiv deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar