SON XƏBƏRLƏR

Bu gün Azərbaycan təmsilçiləri “Eurovision-2011” müsabiqəsinın yarımfinalında çıxış edəcəklər

2021.10.20, 07:36
Bu gün Azərbaycan təmsilçiləri “Eurovision-2011” müsabiqəsinın yarımfinalında çıxış edəcəklər

Gunaz.tv

GünAz TV: Bu gün keçiriləcək yarımfinal mərhələsi İctimai Televiziya ilə canlı yayımlanacaq.

Bu gün Almaniyanın Düsseldorf  şəhərində  Esprit Arenada 56-cı Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinal mərhələsi keçiriləcək. Bakı vaxtı ilə 00.00-da başlayacaq müsabiqənin bu mərhələsində Azərbaycan təmsilçiləri Eldar və Nigar da öz ifalarını təqdim edəcəklər. Duetimizin artıq ötən günkü əsas məşqlərdə uğurlu çıxışları izləyicilərin, o cümlədən müsabiqənin digər iştarakçılarının böyük marağına səbəb olub. Digər yarışmaçılar  favoritlər (seçilmişlər) sırasında yer alan Azərbaycan təmsilçiləri Eldar və Nigarı özlərinə ciddi rəqib hesab edirlər.

Birinci yarımfinalda Azərbaycanla yanaşı 18 ölkə də yarışacaq. Müsabiqənin demək olar ki, bütün favoritləri təmsilçilərimizlə eyni qrupda mübarizə aparır.

Xatırladaq ki,yarımfinal mərhələsinin qalibləri mayın 14-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Eldar və Nigara bu günkü çıxışlarında uğurlar diləyirik!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar