Bu gün Azərbaycanda Novruz bayramıdır

2021-03-20 09:04

​​​​​​​Bu gün türk-islam dünyasının ən sevimli bayramlarından biri olan Novruz bayramıdır

Gunaz.tv Quote | Gunaz article

Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Türk xalqlarının yayıldığı bütün arealda: Güney və Quzey Azərbaycanda, Türkiyədə, İraqda, Suriyada, Mərkəzi asiya ölkələrində qeyd olunan Novruz bayramının mənşəyi qədimdir. Rəvayətə görə bu bayram ilk dəfə olaraq qədim Şumerdə əkinçilik və çobançılıq Tanrısı Tumuzinin şərəfinə qeyd olunub. Qışda yoxsuluqdan və qıtlıqdan əziyyət çəkən əkinçilər, maldarlar yazın gəlişini, torpağın oyanışını, Günəşin yeri isitməsini, qarın əriməsini, çayların çağlamasını bayram ediblər. 

Bəzi alimlərin fikrincə, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Bu bayramın yaşı minimum 3700 il, maksimum 5000 il müəyyən edilir. Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilir və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz adət-ənənəsi var imiş.
İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz və s. kimi dahi maarifçilər sübut ediblər ki, Novruz bayramı İslamdan çox-çox əvvəllər meydana gəlib. 

Sonralar bu bayrama əlavələr edilib və bayram Novruz-Yeni gün adlanıb. Bəzi türk xalqlarında bu bayram Egrenekon, Yeni il, Bahar və Yaz bayramları adlandırılır.
Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Hazırda qeyd olunan Novruzun özünəməxsus adət-ənənələri var: Papaq atmaq (Quzeydə),  şal sallamaq (Güneydə), qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, xonça bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək. 

Novruz bayramına dair inanclar: "Qapıya atılan qurşağı boş qaytarmazlar, "Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir", "Tonqaldan tullanarkən bu ifadə deyilir: "Ağrım səndə, uğurun məndə", "Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar", "Bayram günü ailənin sayı qədər şam yandırarlar" və s. Azərbaycanda Novruzun axır çərşənbəsinə bir gün qalmış qəbristanlığa gedilər, doğmalar yad olunar.
Novruz bayramı Quzey Azərbaycanda geniş qeyd olunur. Rus və Sovet işğalı dövründə bu bayram İslam dini ilə əlaqələndirilmiş və bir müddət keçirilməsi yasaqlanmışdı. Lakin Azərbaycanın görkəmli yazıçısı Şıxali Qurbanovun fədakarlığı sayəsində uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdu. Ümummili lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə hər zaman Novruz bayramı Azərbaycanda yüksək səviyyədə qeyd olunub.  Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Koronavirus pandemiyası ilə əlaqədar bu il Novruz bayramı ilə əlaqədar kütləvi tədbirlərin, şənliklərin keçirilməsi nəzərdə tutulmayıb.

Xatırladaq ki, Novruz bayramında beş gün – 20-24 mart qeyri-iş günü olaraq müəyyən edilib. Bu il 20-21 mart şənbə və bazar günlərinə təsadüf etdiyinə görə bu istirahət günləri martın 24-nə və 25-nə keçirilir. Sonrakı 27-28 mart tarixləri də şənbə və bazar günləri olduğu üçün ardıcıl olaraq 9 gün – 20-28 mart qeyri-iş günü olacaq.

2021-ci ilin Novruz bayramı ilk dəfə olaraq işğaldan azad edilmiş Qarabağ torpaqlarında da qeyd olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev Novruzun axır çərşənbəsi Qarabağa səfər etdi, İlaxır çərşənbəni Şuşada keçirdi.
Onu da qeyd edək ki, bu il Azərbaycana yaz fəslinin gəlişi martın 20-də saat 13:37:00-a təsadüf edəcək.

Bayramınız mübarək!
Ayxan Turan


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Antonio Quterreş yenidən BMT-nin Baş katibi təyin olunub

2021-06-18

gun az article

Ərdoğan BMT-nin fəaliyyətini tənqid etdi

2021-06-18

gun az article

Qarabağda 13 mindən çox əmlakın inventarlaşdırılması başa çatıb

2021-06-18

gun az article

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

2021-06-18

gun az article

Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər

2021-06-18

gun az article

İranın Kürdüstan əyalətində səyyar səs qutusunu daşıyan mikroavtobus qəzaya uğrayıb: 1 ölü, 6 yaralı

2021-06-18

gun az article

İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

2021-06-18

gun az article

Əhmədinejad: “Bu seçkinin nəticəsi xalqın ziyanına olacaq”

2021-06-18

gun az article

Kremldən növbəti Qarabağ XƏBƏRDARLIĞI

2021-06-18

gun az article

İranın daxili işlər naziri: “Heç bir seçki məntəqəsində səsvermə prosesi dayandırılmayıb”

2021-06-18

gun az article

XİN: Ermənistan XİN-in beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir

2021-06-18

gun az article

Həsən Ruhani, Cavad Zərif və keçmiş prezident Məhəmməd Xatəmi səs verib

2021-06-18

gun az article

Xamneyi: “Hamı bu böyük milli sınaqda iştirak etməlidir

2021-06-18

gun az article

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

2021-06-18

gun az article

ABŞ Türkiyənin Kabil hava limanının mühafizəsi ilə bağlı qərarını alqışlayıb

2021-06-18

gun az article

Azərbaycan və Rusiya arasında Xəzər dənizi məsələləri ilə bağlı məsləhətləşmələr keçirilib

2021-06-18

gun az article

Bu gün İranda 13-cü prezident seçkiləri keçirilir

2021-06-18

gun az article

Şimal bölgəsində yanğının söndürülməsinə 270 canlı qüvvə və helikopter cəlb edildi

2021-06-17

gun az article

Koronavirusa yoluxma sayı 178 milyonu ötdü

2021-06-18

gun az article

Putin Dumaya seçkilər təyin etdi

2021-06-18