SON XƏBƏRLƏR

Bu gün Azərbaycanda Od çərşənbəsidir

2021.10.20, 07:36
Bu gün Azərbaycanda Od çərşənbəsidir

Gunaz.tv

GünAz TV: Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

 

Od çərşənbəsi Novruz bayrami ərəfəsində qeyd olunan ikinci çərşənbədir. Azərbaycan xalqının təmtəraqli bayramı olan Novruz bayramı dörd əsas çərşənbəni özündə birləşdirir: Su, od, yel və torpaqla bağlı keçirilən bayramlar qədim ənənələrimizi özündə əks etdirir.

 

Od çərşənbəsi həmçinin “Üzgü çərşənbə”, “Üzgü axşamı”, “Addı çərşənbə” kimi də tanınır. Od çərsənbəsi qədim insanların oda olan inamlarından irəli gəlir. Od çərşənbəsi Azərbaycan ərazisində yayılan Atəşpərəstlik dini ilə əlaqəlidir.

 

Çünki Zərdüşt tərəfindən yaradılan Avesta kitabındakı odun müqəddəsliyi və insanların oda olan sitayişi tarix boyunca özünü güclü şəkildə göstərmişdir. Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah da bunun əsas göstəricilərindən biridir.

 

Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi ilə havaların isindiyini göstərir. Od çərşənbəsi günündə qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır.

 

Evlərin qarşısında tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə nişanədir. İnsanlar bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırdıqlarına inanırlar. Bu bir növ tonqaldan atılmış adamların xəstəliklərinin çıxıb getmәsini simvolizә edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar