İranın nüvə proqramı fövqəldövlətlərin masasında: Bu gün müzakirə olacaq

2021-04-02 12:56

Avropa Birliyi aprelin 1-də bəyanat yayaraq, Rusiya, Çin, Fransa, Böyük Britaniya Almaniya və İran bu gün Amerikanın nüvə sazişinə qayıtması barədə danışıqlar aparacaqlarını bildirib.

Gunaz.tv Quote | Gunaz article

Bildirilir ki, video-konfrans vasitəsilə virtual qaydada keçiriləcək iclasa AB-nin xarici siyasət məsulu Josep Borrell-in müavini, ispaniyalı diplomat Enrike Mora başçılıq edəcək.


AB-nin yaydığı bəyanatda bildirilir ki, Amerika Birləşmiş Ştatları bu iclasa qatılmayacaq.


“İclasa qatılanlar, yəni Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almaniya və İran Amerikanın nüvə razılaşmasına (“Bərcam”a) qayıtması perspektivini müzakirə edəcəklər. Nüvə sazişinin ortaq komissiyasının iclasında həmçinin razılaşmanı imzalayan tərəflərin öz öhdəliklərinə sadiq olması xüsusunda fikir mübadiləsi aparılacaq”, -deyə bəyanatda bildirilir.


Vaşinqton bundan əvvəl dəfələrlə nüvə razılaşmanın icrası barədə ortaq komissiya çərçivəsində İranla danışıqlar aparmağa hazır olduğunu bildirsə də, rəsmi Tehran Amerika Birləşmiş Ştatlarının bu iclasda iştirak etməsi il müxalif olduğunu bildirib.
 

Aprelin 1-də ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mediaya açıqlamasında Avropa Birliyinin təşəbbüsü ilə belə bir iclasın keçirilməsini müsbət qarşılayaraq, İranda saxta ittihamlarla ədalətsiz şəkildə həbs edilən Amerika vətəndaşlarının azadlığa buraxılmasını tələb edib.

U.S. State Department spokesman Ned Price takes questions from reporters at the State Department in Washington

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays


“Mən Avropanın belə bir iclas keçirəcəyindən yenicə xəbər tutmuşam. Biz bunu müsbət addım kimi dəyərləndiririk. Biz bir neçə həftə əvvəl açıq şəkildə demişik ki, biz nüvə sazişi çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərimizin icrasına qayıtmağa hazırıq. Lakin hesab edirik ki, İran da belə etməlidir. 


Biz həm də 5+1 qrupunda olan tərəfdaşlarımızla bu barədə, eləcə də qarşılıqlı addımların atılması barədə müzakirə aparmaqda olduğumuzu açıq və şəffaf şəkildə bildirmişik”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərə açıqlamasında vurğulayıb. 

 A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16

gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15