SON XƏBƏRLƏR

Bu gün dünya siyasi və hərb tarixinin ən nəhəng simalarından biri olan "Mustafa Kamal Atatürk"-ün vəfatından 71 il ötür

2021.10.20, 07:36
 Bu gün dünya siyasi və hərb tarixinin ən nəhəng simalarından biri olan "Mustafa Kamal Atatürk"-ün vəfatından 71 il ötür

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti, dünya siyasi və hərb tarixinin ən nəhəng simalarından biri olan Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşmasının 71-ci ildönümüdür. böyük dövlət xadiminin vəfatının ildönümü münasibətilə paytaxt Ankara və İstanbulda rəsmi tədbirlər keçirilib. Atatürkün Ankaradakı mavzoleyində keçirilən mərasimdə prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin, ana müxalifət lideri Dəniz Baykal, Baş Qərargah rəisi İlkər Başbuğ və dövlət protokoluna daxil olan digər şəxslər qatılıb. Mavzoleydə 1 dəqiqəlik sükut elan olunub və Dövlət Himni oxunub. A. Gül mavzoleydəki özəl dəftərə ürək sözlərini yazıb. Sonra Böyük Millət Məclisindəki Atatürk abidəsinin önündə tədbir keçirilib. İstanbulda isə Atatürkün gözlərini yumduğu Dolmabağça Sarayında xüsusi mərasim təşkil olunub. Mustafa Kamal Atatürk 1881-ci ildə Osmanlı İmperiyasının Selanik - indiki Yunanıstanın Saloniki şəhərində dünyaya gəlib. Əli Rza əfəndi və Zübeydə xanımın 6 övladından dördüncüsüdür. Qardaşları Əhməd, Ömər, bacısı Fatma difteriya epidemiyası, digər bacısı Naciyə isə vərəm xəstəliyi nəticəsində ölüblər. Atatürkün sağ qalan yeganə doğması Məqbulə xanım 1956-cı ildə vəfat edib. Mustafa əvvəlcə Saloniki Hərbi Məktəbində təhsil alıb. Burada riyaziyyat müəllimi olan kapitan Mustafa Sabri bəy çox ağıllı və savadlı şagird olan Mustafaya “Kamal” təxəllüsünü verib. Təhsilini indiki Makedoniya ərazisində olan Manastır Hərbi Məktəbində davam etdirən Mustafa Kamal sonra İstanbulda köçüb və bu şəhərdəki Hərbi Məktəbdə, daha sonra isə Hərbi Akademiyada oxuyub. Akademiyanı kapitan rütbəsi ilə bitirib. Mustafa Kamal Birinci Dünya müharibəsində məğlub olan Osmanlı İmperiyası ilə qalib dövlətlər arasında 1918-ci ilin oktyabrında imzalanan təslimçi Mondros atəşkəs sazişindən sonra ordudan istefa verib və Anadolunun müxtəlif yerlərində yaradılan milli müqavimət qruplarını bir araya toplayıb. 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin yaradıldığı elan olunub və Mustafa Kamal parlamentin və hökumətin sədri seçilib. Məclis 1-ci Dünya müharibəsindən sonra – 1920-ci il avqustun 10-da Osmanlı ilə qalib dövlətlər arasında imzalanan təslimçi Sevr (Paris) müqaviləsini tanımayıb. Qalib dövlətlərin təhriki ilə Yunanıstan Osmanlının içərilərinə ordu yeridib. 1921-ci ilin avqustunda Mustafa Kamal parlament tərəfindən ordunun baş komandanı təyin edilib. Onun komandanlığı ilə avqust-sentyabr aylarında türk ordusu Sakaryada yunan ordusuna ağır zərbə vurub. Bir il sonra – 1922-ci il avqustun 22-də türk ordusu yunanlara qarşı iri miqyaslı hücuma başlayıb və avqustun 30-da yunanlar zəfər qazanılıb. Sentyabrın 9-da İzmirdə yunanlar üzərində qəti qələbə əldə edilib. Qurtuluş savaşı 1923-cü il iyulun 24-də İsveçrənin Lozanna şəhərində imzalanan sülh müqaviləsi ilə başa çatıb. Bu müqavilə ilə Türkiyə indiki sərhədlər daxilində tanınıb. 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradıldığı elan olunub. Böyük Millət Məclisi tərəfindən prezident seçilən Mustafa Kamal bütün sahələrdə inqilabi dəyişikliklər həyata keçirib və müasir respublika qurub. 1934-cü il noyabrın 24-də parlamentin qərarı ilə ona Atatürk soyadı verilib. Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da vəfat edib və Ankara Etnoqrafiya muzeyində müvəqqəti dəfn edilib. 1953-cü il noyabrın 10-da onun qəbri Ankarada inşa olunan mavzoleyə köçürülüb.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar