Bu gün erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün məhkəməsi başlayır

2021-06-22 09:49

Bu gün erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Gunaz.tv Quote | Gunaz article

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Eldar İsmayılov sədrlik edəcək.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və işin məhkəmə baxışına veriləcəyi gözlənilir.

Qeyd edək ki, rəsmi məlumata əsasən Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. 

Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib. (apa)

Ayxan


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Atası Füzulidə, özü Kəlbəcərdə şəhid oldu

2021-07-23

gun az article

Putin Təhlükəsizlik Şurasının iclasında MDB ölkələri ilə münasibətləri müzakirə edəcək

2021-07-23

gun az article

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib

2021-07-23

gun az article

Rövşən Rzayev Cahit Bağcı ilə görüşdü

2021-07-23

gun az article

Füzulidə 4 hərbçinin qalıqları tapıldı

2021-07-23

gun az article

Ukraynalı millət vəkili: "Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında iştirak edə bilər"

2021-07-23

gun az article

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi təyin edilib

2021-07-23

gun az article

İranda qatar relsdən çıxaraq aşıb

2021-07-23

gun az article

"Dinc aksiyaçılara qarşı həyata keçirilən repressiyalar dəhşətlidir"- “Amnesty İnternational” İranı ittiham etdi

2021-07-23

gun az article

Vilayət Quliyev səfir vəzifəsindən geri çağırıldı

2021-07-23

gun az article

Daşkəsəndə yeni məktəb tikiləcək

2021-07-23

gun az article

Ağdamın Göytəpə kəndi - VİDEO

2021-07-23

gun az article

Xamneyi: “Xuzistan əhalisi diqqətli olmalıdır ki, düşmənin əlinə bəhanə verilməsin”

2021-07-23

gun az article

Erməni silahlı birləşməsinin 13 üzvünə hökm oxundu – Məhkəmə başa çatdı

2021-07-23

gun az article

Şuşaya dəmir yolu çəkilir

2021-07-23

gun az article

Etirazlar İranın digər şəhərlərinə yayıldı: Əliqudərzdə “Xamneyiyə ölüm” şüarları səsləndi -VİDEO

2021-07-23

gun az article

Azad Ağdam yenidən qurulur-O yenə AĞ şəhər olacaq...

2021-07-23

gun az article

“Türkiyənin Avropa Birliyinə qoşulmasını gözləmirəm” – Almaniya kansleri Merkel

2021-07-23

gun az article

Bakıda daha 13 erməni terrorçunun məhkəməsi başlayıb

2021-07-23

gun az article

Prezident: "Ermənistanın siyasi gündəliyini biz formalaşdırırıq"

2021-07-22