Bu gün Füzuli və Cəbrayıl rayonlarının işğalı günüdür

23.08.2018, 06:54

GünAz TV: Bu gün Azərbaycanın daha iki rayonunun Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 25 il ötür.

Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən 23 avqust 1993-cü ildə işğal olunub. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.


Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayıl zəngin yeraltı sərvətlərə malik olub. Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil ehtiyatı olub. Həmçinin, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.


Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun 50 kənd və rayon mərkəzi işğal altındadır. 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd var. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.


Artıq 25 ildir Füzuli rayonunun təbii sərvətlərini talan edir. Belə ki, rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var idi. Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“İranda səfalətin əsas səbəbi sanksiyalar deyil, yanlış siyasətdir”- Əhməd Obalı Amerikanın CBS televiziyasına  müsahibə verib

2022-05-22

gun az article

Güney Azərbaycanda şovinist fars hakimiyyətinə qarşı "May qiyamı"dan 16 il ötür

2022-05-22

gun az article

İranda təqaüdçülərin həftəlik etiraz aksiyası keçirilir

2022-05-22

gun az article

Təbriz bazarı ərazisində tarixi yerin aşkarlanmasına baxmayaraq tikinti əməliyyatı dayandırılmır-VİDEO

2022-05-22

gun az article

Ruzbeh Piriyə magistr imtahanlarına qatılmağa icazə verilmədi

2022-05-21

gun az article

Əhərdə tətil aksiyası keçirilib

2022-05-21

gun az article

"Traxtur" azarkeşlərini təhqir edən "Persepolis" futbolçuları məhkəməyə verilib

2022-05-21

gun az article

Vali Tehran komandasının hərəkətlərini qeyri-etik adlandırıb

2022-05-21

gun az article

İran milli komandasının türk idmançısı İngiltərəyə sığınır

2022-05-21

gun az article

İran parlamentinin üzvü türkləri təhqir etdi

2022-05-21

gun az article

Günaz.TV-də müzakirə: “Traxtur”un oyununda nələr baş verdi” və “Güney Azərbaycan azadlıq hərəkatının tələbləri”-VİDEO

2022-05-21

gun az article

“Mis-i Süngün” taekvando komandası Premyer Liqanın qalibi olub

2022-05-21

gun az article

Tanınmış hüquq müdafiəçisi İrana qarşı daha sərt tədbirlər görməyə çağırıb

2022-05-21

gun az article

Güney Azərbaycan təşkilatları 22 may hadisələrinin 16-cı ildönümü ilə bağlı bəyanat yayıb

2022-05-20

gun az article

Əyyub və Davud Şiri qardaşları ETTELAAT-ın təcridxanasında saxlanılırlar

2022-05-20

gun az article

Təbriz stadionunda Azərbaycan bayrağı qaldırılıb-VİDEO

2022-05-20

gun az article

"Süngün mis mədəninin gəlirləri talanır"- Millət vəkili

2022-05-20

gun az article

"Traxtur" futbol klubu son qarşılaşma ilə bağlı bəyanat yayıb

2022-05-20

gun az article

İbrahim Rəisi Qərbi Azərbaycan əyalətinə səfər edib

2022-05-20

gun az article

"Əhmədrza Cəlali girov götürülüb"- Beynəlxalq Əfv Təşkilatı güneyli alimlə bağlı bəyanat yaydı

2022-05-20