Bu gün İranda 13-cü prezident seçkiləri keçirilir

2021-06-18 10:13

Bu gün İran İslam Respublikasında 13-cü prezident seçkiləri keçirilir.

Gunaz.tv Quote | Gunaz article

Yayılan məlumata əsasən, bu gün sübh saat 07:00-dan başlayan səsvermə gecə saat 24:00-a qədər davam edəcək və əvvəlcədən bildirildiyi kimi, zərurət yaranarsa səsvermənin vaxtı daha iki saat, yəni iyunun 19-u saat 02:00-a qədər uzadılacaq.


Prezident postu uğrunda 4 namizəd, Möhsün Rzayi, İbrahim Rəisi, Əmirhüseyn Qazizadə Haşimi və Əbdülnasir Hemməti bir-biri ilə rəqabət aparır.


Bundan əvvəl prezidentliyə üç namizəd, Möhsün Mehrəlizadə, Əlirza Zakani və Səid Cəlili təbliğat-təşviqat kampaniyasını dayandıraraq, prezident seçkisində iştirakdan imtina etdiklərini elan etsələr də, onlarında ikisi, yəni Əlirza Zakani və Səid Cəlili öz namizədliklərini hakimiyyətin əsas namizədi olan İbrahim Rəisinin xeyrinə geri götürdüklərini bildiriblər.


İranın daxili işlər nazirinin dediyinə görə, bu dəfəki seçkilərdə 59 milyon 310 min nəfər səsvermə hüququna malikdir və həmin şəxslərdən 1 milyon 392 min nəfəri ilk dəfə olaraq səsvermədə iştirak edənlərdir.


İran daxili işlər nazirinin müavini ölkədə əhali arasında keçirilən sorğunun nəticələrinə istinadən bu dəfəki seçkilərdə səsvermə hüququna malik olanların təxminən 37-38 faizinin seçkidə iştirak edəcəyini bildirsə də, müstəqil mənbələr və müxalif cərəyanlar bunun yalan olduğunu və sorğunun nəticələrinin saxtalaşdırıldığını bildirərək, səsvermədə iştirak edənlərin maksimum 15-20 faizdən çox olmayacağını elan ediblər. 


Həmçinin İranın “dini lider”i Əli Xamneyinin birbaşa nəzarəti altında fəaliyyət göstərən Konstitusiyaya Nəzarət Şurasının çoxsaylı müstəqil və islahat meyilli namizədlərin prezidentliyə səlahiyyətini rədd etdiyinə etiraz olaraq, vaxtilə hakimiyyətdə təmsil olunan bir sıra tanınmış şəxslər, o cümlədən də Mirhüseyn Musəvi, keçmiş prezident Mahmud Əhmədinejad və Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəisi Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi və başqaları seçkini boykot etdiklərini və heç bir namizədi dəstəkləməyəcəklərini bildiriblər. 


Bndan başqa, istər ölkədə, istərsə də xaricdə fəaliyyət göstərən və “İslam Respublikasına yox” kampaniyasına qatılan onlarla müxalif siyasi cərəyan  bu dəfəki seçkiləri Xamneyinin xalqa qarşı növbəti biabırçı şousu adlandıraraq və seçkinin nəticələrinin əvvəlcədən təyin edildiyini bildirərək, ölkə əhalisini seçkiləri tamamilə boykot etməyə çağırıblar. 


Bu dəfəki seçkilərdə isə mövcud dörd namizəd arasında əsas rəqabətin Əbdülnasir Hemməti və İbrahim Rəisinin arasında aparılacağı təxmin edilir. 


Səsvermənin yekun nəticələrinin isə sabah (şənbə) günorta saatlarına qədər elan ediləcəyi bildirilir.

حاشیه‌نگاری خبرنگاران ایسنا از حوزه‌های رای‌گیری در تهران

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31

gun az article

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

2021-07-31

gun az article

Putinlə Ərdoğan arasında telefon danışığı olub

2021-07-31

gun az article

MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

2021-07-31

gun az article

Tehranda benzin etirazlarında öldürülən aksiyaçıların doğmaları aksiya keçirib: Şəhid anaları həbs edilib

2021-07-31

gun az article

Cahit Bağçı Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyəti açıqladı

2021-07-31

gun az article

Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

2021-07-31

gun az article

Hərbi ekspert: "Ukraynalılar Azərbaycanın yolu ilə gedərək qələbə qazanmaq istəyirlər"

2021-07-31

gun az article

Leyla Abdullayeva: “Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”

2021-07-31

gun az article

“Tokio-2020”: Türkiyə ilk qızıl medalını qazandı

2021-07-31

gun az article

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür edib

2021-07-31

gun az article

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

2021-07-31

gun az article

Meşə yanğınları Alanyaya çatdı - VİDEO

2021-07-31

gun az article

Yair Lapid: “Neft tankerimizə hücum İranın işidir və ona kəskin cavab verilməlidir”

2021-07-31

gun az article

Səfir Bilal Hayee: "Pakistan xalqı hər zaman Azərbaycan xalqının yanındadır"

2021-07-31