Bu gün İranla Çin arasında 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi” imzalanacaq

2021-03-27 13:53

Çin xarici işlər naziri Vang Yi region ölkələrinə səfər proqramı çərçivəsində martın 26-da iranlı həmkarı Məhəmməd Cavad Zərifin rəsmi dəvəti ilə Tehrana səfər edib.

Gunaz.tv Quote | Gunaz article

İki gün davam edəcək səfərdə əsas məqsəd, İranla Çin arasında strateji xarakter daşıyan bir çox sahələrdə 25 illik birgə əməkdaşlığa dair “Hərtərəfli Əməkdaşlıq Sənədi”nin imzalanmasıdır. 


İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə martın 26-da jurnalistlərə açıqlamasında deyib ki, Çinin xarici işlər naziri Vang Yi “iki ölkənin ortaq strateji maraqlarının gücləndirilməsi yollarını araşdırmaq, bir sıra beynəlxalq dəyişikliklər və reginal məsələlər barədə fikir mübadiləsi aparmaq, eləcə də İranla Çin arasında bir çox sahələri əhatə edəcək 25 illik hərtərəfli əməkdaşlıq sənədini imzalamaq üçün” Tehrana səfər edib.


Ölkə daxilində və müxaliftdə olan qüvvələr tərəfindən qalmaqala səbəb olan sənəd bu gün Vang Yİ ilə iranlı həmkarı Məhəmməd Cavad Zərif tərəfindən imzalanacaq. 


İranla Çin arasında 25 illik mükəmməl və hərtərəfli birgə əməkdaşlıq sənədin mətninin hazırlanması ilə bağlı xəbər ilk dəfə 2020-ci ilin iyul ayında yayılıb. 


Belə bir sənədin rəsmi Tehran tərəfindən qəbul olunmasını İranla Çar Rusiyası arasında bağlanmış “Türkmənçay” müqaviləsi ilə müqayisə edən qüvvələr isə onu hakim ruhanilərin ölkəni çinlilərə satması kimi qiymətləndirir və onları öz hakimiyyətlərini qorumaq məqsədilə ölkəni 25 il müddətinə Çinin nüfuz dairəsinə sürükləməkdə günahlandırırlar.


Xatırladaq ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad 2020-ci ilin iyul ayında mediaya açıqlamasında İranla Çin arasında belə bir sənədin imzalanmasına qarşı çıxaraq, İran xalqının bu sənədi tanımayacağını demişdi.


İmzalanacaq sənəddə, Çinin İranın cənub bölgələrində hərbi bazalar yaratmasına icazə verilib-verilməyəcəyi barədə hər hansı bir məlumat yayılmayıb. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İsrail İranın "qəddar cəllad rejimi" ilə nüvə anlaşmasının müzakirəsinin lazımsız olduğunu bildirib

2021-06-21

gun az article

Türkiyə mübarizəni dayandırdı, Uels 1/8 finala çıxdı

2021-06-21

gun az article

Avro-2020-də bir gündə 4 oyun

2021-06-21

gun az article

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu oldu - VİDEO

2021-06-21

gun az article

Qazaxıstanın xarici işlər naziri Azərbaycana gəlib

2021-06-21

gun az article

Nikol Paşinyan: “Hökuməti təkbaşına formalaşdıracağıq”

2021-06-21

gun az article

Koronavirusun yeni ştamı peyda oldu

2021-06-21

gun az article

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

2021-06-21

gun az article

Terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 13 nəfərin məhkəməsi başlayır

2021-06-21

gun az article

Ermənistanda seçkilər: Paşinyan qalib gəlib, müxalifət nəticələri tanımır

2021-06-21

gun az article

MSK: Seçkilərdə Paşinyanın partiyası liderdir

2021-06-21

gun az article

"Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu

2021-06-20

gun az article

İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya keçirilib - FOTOLAR

2021-06-20

gun az article

"İran xalqı öz rəhbərlərini azad və ədalətli şəkildə seçmək hüququndan məhrum edilib”-Amerika rəsmisi

2021-06-20

gun az article

XİN: Ermənistanın mina xəritələrini verməməsi məcburi köçkünlərin qayıdışını ləngidir

2021-06-20

gun az article

Azərbaycanda koronavirsa yoluxanların sayı açıqlandı: 88 nəfər sağaldı

2021-06-20

gun az article

Beynəlxalq Əfv Təşkilatı İbrahim Rəisi ilə bağlı bəyanat yaydı: "İnsanlığa qarşı törətdiyi cinayətlərə görə mühakimə olunmalıdır”

2021-06-20

gun az article

Polşa NATO sərhədlərini qorumaq üçün türk PUA-larını göndərəcək

2021-06-20

gun az article

Ermənistanda seçki məntəqəsində atışma olub

2021-06-20

gun az article

AZAL Tel-Əvivə xüsusi uçuşlara başlayır

2021-06-20