SON XƏBƏRLƏR

Bu gün prezident Əliyev, Medvedyev və Sarkisyan görüşəcəklər

2021.10.20, 07:36
Bu gün prezident Əliyev, Medvedyev və Sarkisyan görüşəcəklər

Gunaz.tv

GünAzTv: Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyan arasında üçtərəfli görüş Sankt-Peterburqda bu gün keçiriləcək. Bu barədə APA «vesti.ru» saytına istinadən xəbər yayıb.

Görüş 14-cü Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutacaq.Mənbənin məlumatına görə, bu gün Sankt-Peterburqa gələn Rusiya prezidenti iş proqramını iqtisadi yox, siyasi məsələlərdən başlayacaq: “Şimal paytaxta gələn ölkə başçısı Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək. Güman olunur ki, əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq”.Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bu tərkibdə üçtərəfli görüşü Rusiyada 2008-ci il noyabrın 2-də Moskvada, 2009-cu il iyunun 4-də Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum çərçivəsində və bu il yanvarın 25-də Soçidə keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar