SON XƏBƏRLƏR

Bu gün “Qostəreş-i Fulad”-la “Zob Ahən” qarşılaşacaq

2021.10.20, 07:36
Bu gün “Qostəreş-i Fulad”-la “Zob Ahən” qarşılaşacaq

Gunaz.tv

GünAzTv: Bu gün 2010-cu il aprel ayının 22-də (ordibeheştin 3-ü) Təbrizin “Qostəreş-i Fulad” futbol komandası ilə İsfahanın “Zob Ahən” komandası arasında müsabiqə keçiriləcək. Yarış Təbrizin səhənd stadyomunda (stadion) Təbriz vaxtı ilə saat 16-da başlanacaq.

 

“Qostəreş-i Fulad”-ın mədəni və idman klubunun müdiri cənab Cəmşid Xətibi bildirib ki, sözü gedən müsabiqəni tamaşa etmək pulsuzdur.

 

Xatırladaq ki, “Qostəreş-i Fulad” bu yarışda qələbə çalarsa ələmə (cam-i həzfi) mərhələsinə keçmiş olacaq. Buda “Traxtur” komandasından sonra Azərbaycanın ikinci komandasının illərdən sonrakı qələbəsi deməkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar