SON XƏBƏRLƏR

Bu gün ustad Həsən Dəmirçinin dəfn mərasimi keçiriləcək

2021.10.20, 07:36
Bu gün ustad Həsən Dəmirçinin dəfn mərasimi keçiriləcək

Gunaz.tv

GünAz TV: İyunun 24-də xəstəxanada vəfat edən tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı Həsən Dəmirçi bu gün dəfn olunacaq.

 

Mərhumun dəfn mərasimi iyunun 25-i yerli vaxtla saat 12:00-da “Vadi rəhmət” qəbiristanlığının incəsənət xadimlərinə məxsus bölümündə, 2 nömrəli binanın önündə keçiriləcək.

 

Həmin gün saat 16:00-dan 18:00-dək Təbrizin Firuz küçəsində yerləşən Nəzirvənd  məscidində mərhum H.Dəmirçinin vəfatı münasibəti ilə mərasim təşkil olunacaq.

 

Ustad Həsən Dəmirçi bazar günü sübh saatlarında müalicə aldığı Təbrizin “Ali nəsəb” xəstəxanasında vəfat edib.

 

GünAz TV kollektivi bu ağır itki ilə əlaqədar onun ailəsi və bütün azərbaycanlı fəallara dərin hüzünlə başsağlığı verir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar