SON XƏBƏRLƏR

Bu həftə Çaldıranda keçirəcək mərasimə minlərlə erməninin qatılacağı gözlənilir

2021.10.20, 07:36
Bu həftə Çaldıranda keçirəcək mərasimə minlərlə erməninin qatılacağı gözlənilir

Gunaz.tv

GünAz TV: Bu həftə Qərbi Azərbaycan Əyalətinin Çaldıran məntəqəsində yerləşən Qarakilsə kilsəsində keçiriləcək sözdə dini mərasimə minlərlə erməninin qatılacağı gözlənilir.


İran Kilsələri Dünya İrsi Mərkəzinin rəisi Şerli Avedyan bu barədə “Fars” xəbər agentliyinə danışıb.


““Badrak” ("badarak") adlanan dini mərasim 65-ci ildir ki, Çaldıranın Qarakilsəsində keçirilir. 65 il əvvəl Təbriz Erməniləri Xəlifəliyi tərəfindən Qarakilsəyə gedənlər bu ənənəninin təməlini qoyub. O zamandan hər il bu kilsədə mərasim keçirilir.”- deyə o bildirib.


Mərasimə qatılanların əksəriyyətinin Ermənistan vətəndaşı olduğunu bildirən Ş.Avedyan ötən ilə nisbətən daha çox iştirakçının qatılacağını deyib. O bildirib ki, ötən il “Badrak” mərasiminə 3 min 800 nəfər qatılıb. Bu il iştirakçıların 600 nəfər artacağı gözlənilir.


İran Kilsələri Dünya İrsi Mərkəzinin rəisi əlavə edib ki, mərasimin YUNESKO tərəfindən qeydə alınması ilə bağlı lazımi məlumat toplandıqdan sonra dosye beynəlxalq quruma göndərilib. Mərasimin 2020-ci ildə Qarakilsə kimi, YUNESKO tərəfindən qeydə alınacağı gözlənilir.


Ötən günlərdə Qərbi Azərbaycan Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi Cəlil Cabbari sözügedən mərasimlə bağlı hazırlıq işlərinə işarə etmişdir. O təmsil etdiyi Təşkilat və digər rəsmi orqanların minlərlə ermənini Çaldıranda qəbul etməyə hazır olduğunu diqqətə çatdırıb.  
Cəlil Cabbari dini mərasim adlandırdığı yığıncağa İranlı ermənilərlə yanaşı Ermənistan, Suriya, Livan (Lübnan), Hollandiya, Fransa, Avstriya (Otriş), Almaniya, Kanada və daha bir neçə ölkə vətəndaşlarının qatılacağını bildirib.


Ermənilərin Çaldıranda keçirəcəyi sözdə dini mərasim iyulun 25-dən başlayaraq 3 gün davam edəcək.


Dünya ermənilərinin hər il Qarakilsədə dini mərasim adı ilə toplaşması artıq ənənəyə çevrilib. Siyasi məqsədlərə hesablanmış mərasim Qərbi Azərbaycan Erməniləri Xəlifəliyi, Mədəni İrs Təşkilatı və İslami İrşad və Mədəniyyət İdarəsi ilə koordinasiya edilmiş bir şəkildə keçirilir, İranın təhlükəsizlik qüvvələri isə mərasim iştirakçılarına yüksək səviyyədə xidmət göstərir.


Ermənilər Qarakilsədə o halda istədikləri mərasimi keçirir ki, elə Qarakilsənin yerləşdiri Güney Azərbaycan ərazilərində, soydaşlarımız milli-mədəni hüquqlarının tələbi uğrunda və ya Dağlıq Qarabağla bağlı hər hansı tədbir həyata keçirə bilmir. Bu istiqamətdə ən kiçik addım atan azərbaycanlı fəallar dərhal İran rejimi tərəfindən sərt şəkildə cəzalandırılır.



N.S


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar