SON XƏBƏRLƏR

Bu ölkə də səfirliyini Qüdsə köçürür

2021.10.20, 07:36
Bu ölkə də səfirliyini Qüdsə köçürür

Gunaz.tv

GünAz TV: Amerika Birləşmişç Ştatlarının (ABŞ) İsraildəki səfirliyini Qüdsə köçürməsindən sonra müxtəlif ölkələr bu hərəkəti təkrarlayıb.

 

Mediada yayılan məlumata görə, Slovakiya da Təl-Əvivdə yerləşən səfirliyinin Qüdsə köçürülməsi qərarını alıb. 

 

Bununla bağlı İsraildə səfərdə olan Slovakiya parlamentinin spikeri Andrey Danko danışıb.

 

Danko səfirliyin köçməsi ilə yanaşı, Qüdsdə Slovak Mədəniyyət Mərkəzi də açacaqlarını bildirib. Mədəniyyət mərkəzinin açılışında Slovakiya prezidentinin də qatılacağını açıqlayan Danko, səfirliyin açılış tarixi barədə isə məlumat verməyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar