Bu şəhərlərdə güney azərbaycanlı siyasi məhbuslara dəstək verən posterlər paylanılıb

22.08.2019, 10:55

GünAz TV: Güney Azərbaycanın bir neçə şəhərində siyasi və milli fəallar haqda posterlər paylanılıb.

 

Həbsdə olan güney azərbaycanlı siyasi məhbusların şəkili əks olunan posterlər Təbriz, Üskü, Ilıxçı və Səhənd şəhərlərində yayılıb.

 

Posterlər azərbaycanlı fəallara qarşı təzyiqlərin artması və onlara qarşı ədalətsiz məhkəmə hökmlərinin çıxarılmasına etiraz olaraq hazırlanıb və şəhər əhalisi arasında paylanılıb.

 

BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman avqustun 16-da hazırladığı hesabatında İran rejiminin Güney Azərbaycanda insan hüquqlarını pozduğunu təkidlə bildirmişdir.

 

Avqustun 16-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasına təqdim olunan “İranda insan hüquqları vəziyyəti” adlı hesabatda Güney Azərbaycanda İran rejimi tərəfindən tapdalanan insan hüquqlarına təkidlə işarə olunub, lakin farsdilli mətbuat orqanları irqçiliyə yol verərək hesabatın bu hissəsini senzura etmişdir.

 

“BMT-nin xüsusi nümayəndəsinin əldə etdiyi məlumata görə, ötən bir il ərzində ən azı 82 Azərbaycan türkü özbaşınalığa yol verilərək saxlanılıb və həbs olunub. Onların arasında 6 ilədək həbs cəzasına məhkum edilənlər var. Saxlanılanlardan 6-ı ağır təzyiqlər altında sorğu-suala tutulub.

Bu rəqəm Şərqi Azərbaycanda “Traxtur” futbol klubunun tərəfdarlarına da şamil olur. Onlar 2019-cu il mayın 2-də “Traxtur”la “Perspolis”in səhənd stadionundakı görüşü zamanı öz komandalarını təşviq etdiklərinə və Azərbaycanca mahnı oxuduqlarına görə saxlanılıb.”- deyə hesabatın bir hissəsində qeyd olunmuşdur.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Özbəkistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək

2022-07-03

gun az article

Keçmiş prezidentin qızına qarşı ittiham aktı elan edilib

2022-07-03

gun az article

İranın dövlət qurumlarının saytlarına haker hücumu olub

2022-07-03

gun az article

Sistan-Bəluçistanda silahlı qarşıdurma olub

2022-07-03

gun az article

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirib

2022-07-03

gun az article

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Şuşada olublar

2022-07-03

gun az article

Lapid: "İsrail İranın nüvə potensialına yiyələnməsinin qarşısını almaq üçün bütün tədbirləri görəcək"

2022-07-03

gun az article

Xalq Mücahidləri Təşkilatı Tehranda "Bəsic" qərargahına hücumun məsuliyyətini öz üzərinə götürüb

2022-07-03

gun az article

İranın neft-kimya zavodunda güclü yanğın olub

2022-07-02

gun az article

Özbəkistanda iğtişaş törədənlər tutuldu

2022-07-02

gun az article

SEPAH mediası Azərbaycana qarşı hədyanlar yağdırdı

2022-07-02

gun az article

Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək

2022-07-02

gun az article

İsfahanda məşhur molla güllələndi

2022-07-02

gun az article

BMT baş katibinin müavini İranın nüvə proqramı ilə bağlı narahatlığını bildirib

2022-07-02

gun az article

İranı nüvə danışıqlarında təmsil edən Əli Baqeri Kəni Moskvaya səfər edib

2022-07-02

gun az article

Tehranda SEPAH qərarqahına hücum olub

2022-07-02

gun az article

Belçika ilə məhbus mübadiləsi planı: İran casusu azad oluna bilər

2022-07-02

gun az article

İranda zəlzələ olub-Ölən və yaralananlar var-VİDEO

2022-07-02

gun az article

Sari zindanında məhkum edam edilib

2022-07-02

gun az article

Kərəc həbsxanasında rəzalət: Prokuror dini müqəddəsləri və sünni məhkumları təhqir etdi

2022-07-02