SON XƏBƏRLƏR

“Bu təhqirə görə İran Atçılıq Federasiyasının rəisi işindən uzaqlaşdırılmalıdır”- Türkmən millət vəkili

2021.10.20, 07:36
“Bu təhqirə görə İran Atçılıq Federasiyasının rəisi işindən uzaqlaşdırılmalıdır”- Türkmən millət vəkili

Gunaz.tv

GünAz TV: Kürdköy və Türkmən Limanı əhalisinin İran parlamentindəki millət vəkili Ramin Nurqulipur  türkmənləri təhqir edən İran Atçılıq Federasiyasının rəisi Məsud Xəlilinin işindən uzaqlaşdırılmasını tələb edib.

 

O bu barədə martın 17-də parlamentdə çıxışı zamanı danışıb.

“Ölkə Konstitusiyasına görə İran əhalisi hansı qövm və qəbiləyə mənsub olduğundan asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və s. kimi amillər üstünlüyə səbəb ola bilməz. Bu əsasda gənclər və idman nazirinə xəbərdarlıq edərək ondan türkmən qövmünü təhqir edən Atçılıq Federasiyası rəisinin işindən uzaqlaşdırılmasını tələb edirəm”- deyə o bildirib.

 

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, millət vəkili sözlərini belə davam etdirib:

“Ötən günlərdə internetdə Atçılıq Federasiyasının rəisinə aid bir Səs Faylı yayılıb. Faylda türkmənlər bayağı bir ədəbiyyatla hücuma məruz qalıb.

Federasiya rəisinin bu sözləri bölgə əhalisinin narahatlığına səbəb olub. Baxmayaraq ki, bu federasiya ilə əməkdaşlıq edənlərin əksəriyyəti türkməndir, onlar kobud təhqir olunub. Ona görə də gənclər və idman nazirindən Atçılıq Federasiyasının rəisinin işindən uzaqlaşdırılması tələb olunur.”

 

Bundan əvvəl “Qonbəd Kavus”un millət vəkili Qaraca Təyyar da Məsud Xəlilinin işindən uzaqlaşdırılmasını tələb edib. O bildirib ki, türkmənləri təhqir edən şəxsə qarşı lazımi tədbirlər alınmayacağı təqdirdə gənclər və idman nazirinə parlamentdə sual ünvanlanacaq.

 

Xatırladaq ki, ötən günlərdə İran Atçılıq Federasiyasının rəisi Məsud Xəliliyə aid Səs faylı yayılıb. Həmin materialda federasiya rəisi türkmən əhalisinin ünvanına təhqiramiz ifadələr işlədib.

“Türkmənlər atçılıq idmanını monapoliyaya alıb, onlar üsyankar olublar. Bu yoxsul və narkoman pijama geyənlərin monapoliyasını çökdürmək üçün xüsusi qrup yaranmalıdır.

Atçılıq bir lüks idman növüdür. Beynəlxalq Atçılıq Federasiyasının rəisi Dubay hakiminin həyat yoldaşı, İordaniyanın keçmiş kralı Hüseynin qızıdır. O şahzadələr kimi davranır, lakin İranı təmsil edənlər “bir ovuc yoxsul pijama geyənlər”dən ibarətdir”- deyə o bildirib.

 

Səs Faylı yayıldıqdan sonra ölkənin türkmən əhalisi federasiya rəisinin təhqiramiz sözlərinə etiraz edərək onun işindən uzaqlaşdırılmasını tələb edirlər.

 

Məsələyə İranın milli futbol komandasının məşhur oyunçusu Sərdar Azmun da İnstaqram səhifəsində öz etirazını bildirərək İranda türkmənlərə qarşı irqçi hərəkətlərə son qoyulmasını istəmişdir.

 

İranda Pəhləvi dövrü və İslam cümhuriyyəti dönəmində fars irqçiliyi düşüncəsi dövlət səviyyəsində dəstəklənib. Bu səbəbdən ariya (ari) irqinin digər irqlərdən üstün olduğuna inananlar digər millətləri davamlı olaraq təhqirlərə məruz qoyur. Bu məsələ ölkədə dəfələrlə kütləvi etirazların keçirilməsinə səbəb olub.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar