SON XƏBƏRLƏR

Bu Teleqram kanalı Azərbaycanın yardım karvanına edilən hücuma dəstək verdi – GÖRÜNTÜ

2021.10.20, 07:36
Bu Teleqram kanalı Azərbaycanın yardım karvanına edilən hücuma dəstək verdi – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, martın 28-də Urmiyə, Ərdəbil və Meşginşəhrdən (Xiyav) “Türkmən səhra” sel bölgəsinə göndərilən yardım karvanı Gilanda irqçilərin hücumuna məruz qalıb, buna maşının üzərindəki türk dilində yazılmış banner səbəb olub.


Təhlükəsizlik orqanları təbii fəlakətdən əziyyət çəkənlərə yardıma gedənlərin bıçaqla təhdid olunmasına göz yumduğu bir vaxtda, bir Teleqram kanalı hücumçuları dəstəkləyərək hadisənin məsuliyyətini üzərinə götürüb.


Kanalda paylaşılan postda bıçaqla silahlanmış hücumçular aslan kişilərə bənzədilib, onların yol kəsməsi təqdir olunub.


Yardım karvanına hücumu alqışlayan kanal bannerin türk dilində yazılması və Azərbaycan adını faşizm kimi qələmə verib.

 

 


Azərbaycandan toplanan yardımları sel bölgəsinə daşıyan yük maşınında bir neçə sərnişin olub, onlardan birisi hadisənin təfərrüatı barədə mətbuata danışıb.


Bu barədə aşağıdakı xəbəri oxuya bilərsiniz:
İrqçilər azərbaycanlıların “Türkmən səhra” sel bölgəsinə göndərdiyi yardım karvanına bıçaqla hücum ediblər – Gilanda


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar