SON XƏBƏRLƏR

Buğda silosunda baş verən hadisədə 4 fəhlə həlak olub – Mərənddə

2021.10.20, 07:36
Buğda silosunda baş verən hadisədə 4 fəhlə həlak olub – Mərənddə

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Mərəndə şəhərində buğda silosunda bədbəxt hadisə baş verib.

 

Məlumata görə, Mərənd-Culfa istiqamətində yerləşən siloda baş verən hadisədə 4 fəhlə həyatını itirib.

 

Bu barədə Mərənd Yanğınsöndürmə Təşkilatının xilasetmə bölümünün məsulu “İlna” xəbər agentliyinə danışıb: “Mərənddə buğda silosunun divarı çökməsi nəticəsində 4 fəhlə diri-diri çöküntülər altında qalıb. Onların cəsədi sonra xilasetmə qrupu tərəfindən çıxardılıb”- deyə o bildirib.

 

Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya isə baş verən hadisənin səbəbinə toxunub. O “İrna” xəbər agentliyinə verdiyi açıqlamada silonun divarının depolanan buğdanın ağırlığı nəticəsində çökdüyünü deyib.

 

Qeyd edək ki, Güney Azərbaycanda iş yerlərində peşə sağlamlığı və təhlükəsizliklə bağlı tədbirlər alınmadığı üçün hər il yüzlərlə işçi baş verən müxtəlif hadisələrdə həyatını itirir. Belə faktlara Güney Azərbaycanın bütün əyalətlərində tez-tez rast gəlinir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar