SON XƏBƏRLƏR

Bukan bəndindən Urmu gölünə su axıdıldığı bildirilir

2021.10.20, 07:36
Bukan bəndindən Urmu gölünə su axıdıldığı bildirilir

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyaləti üzrə Məntəqə Suyu Şirkəti Bukan bəndindən Urmu gölünə su axıdılması, çayların suyunun artması və əhalinin bununla bağlı ehtiyatlı olması barədə bildiriş yayıb.

 

Urmu gölünü canlandırma proqramları çərçivəsində gölə su axıdılması layihəsinin ikinci mərhələsi başlayıb. Bukan bəndindən Urmu gölünə 130 milyon kubmetr su axıdılacaq.

 

Bildirilir ki, artıq saniyyədə 20 kubmetr suyun gölə tərəf axıdılmasına başlanılıb, bu həftə boyu davam edəcək.

 

Məntəqə suyu Şirkətinin yaydığı bildirişdə vurğulanıb ki, əkinçilər Urmu gölü üçün nəzərdə tutulan sudan istifadə etməməli, bölgə əhalisi isə Cığatı (Zərinerud) və Tatau (Siminerud) çaylarına yaxınlaşmamalı və ehtiyatlı olmalıdılar.

 

Urmu gölünə su axıdılması layihəsinin birinci mərhələsi 2018-ci il dekabrın 22-də baş tutub.

 

Qeyd edək ki. Uzun illərdir böhran içində olan Urmu gölünün artıq 95 faizi quruyub, gölün canlandırılması ilə bağlı verilən vədlər və nəzərdə tutulan layihələr büdcə vəsaiti çatışmazlığından həyata keçirilmir. Gölə su axıdılması ilə bağlı bu günə qədər yayılan xəbərlər reklam xarakteri daşıyıb, əməldə gölün ümumi vəziyyətinə heç bir təsir etməyib. Bu kimi xəbərlərin əksəriyyəti kütləvi informasiya vasitələri və gölün canlandırılması ilə bağlı yanlış təsəvvür yaratmağa hesablanıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar