SON XƏBƏRLƏR

BUŞ GÜRCÜSTANA KÖMƏK ÜÇÜN AVROPAYA GƏLİR

2021.10.20, 07:36
BUŞ GÜRCÜSTANA KÖMƏK ÜÇÜN AVROPAYA GƏLİR

Gunaz.tv
BUŞ GÜRCÜSTANA KÖMƏK ÜÇÜN AVROPAYA GƏLİR ABŞ prezidenti bir neçə ölkədə səfərdə olacaq 3117.jpg ABŞ prezidenti səlahiyyətlərinin bitməsinə 6 ay qalmış son Avropa turnesinə çıxır. Bu gün o, ABŞ-Avropa Birliyi sammitində iştirak etmək üçün Sloveniyanın paytaxtı Lyublyanaya gələcək. Daha sonra Buşun Böyük Britanya, Fransa, İtaliya və Almaniyaya səfər edəcəyi bildirilir. Ağ Evdən yayılan məlumata görə, səfər iyunun 16-dək davam edəcək. İtaliyaya səfər zamanı Buş Roma papası ilə də görüşəcək. Səfər ərəfəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Stiven Hedli bildirib ki, Buşun Avropa liderləri ilə aparacağı müzakirələrdə əsas mövzulardan biri İran və Gürcüstan ətrafında yaranmış vəziyyət olacaq: “Liderlər müzakirə edəcəklər ki, Gürcüstan prezidenti Mixail Saakaşvilini və onun Abxaziyaya dair sülh təşəbbüslərini daha yaxşı necə müdafiə etmək olar”-deyə Hedli bildirib. Onun sözlərinə görə, əsas diqqət abxazlarla gürcülər arasında birbaşa danışıqlara nail olmaqdır. Buş özü isə İtaliya televiziyasına müsahibəsində Avropa liderləri ilə İran məsələsini müzakirə edəcəyini deyib. Müzakirə olunacaq digər məsələlər arasında Avropanın enerji təhlükəsizliyinin təmin olunması, bu məqsədlə alternativ marşrutların çəkilməsi də var. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar