“Bütün yollar dağlar sultanı Savalana aparacaq”-Turan sevdalısı Elçibəyin anım günüdür

2021-06-24 11:55

​​​​​​​Bu gün Azərbaycan Respublikasının sabiq prezidenti, Milli Azadlıq Hərəkatının mərhum lideri Əbülfəz Elçibəyin doğum günüdür. 

Gunaz.tv Quote | Gunaz article

Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan vilayətinin  Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 

Mərhum Prezident Elçibəy FOTOLARDA - Modern.Az Azərbaycan və dünya xəbərləri

1963-cü ilin yanvarında Misirə göndərilən Əbülfəz bəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub. 1969-cu ildə “Tulunilər dövləti” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 

Əbülfəz Elçibəyin vəfatından 20 il ötür

Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaradıb və azadlıq ideyalarını geniş şəkildə yayıb. 1974-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri idi. 
7 iyun 1992-ci ildə demokratik yolla Azərbaycanın prezident seçilən Elçibəy iqtidarı dövründə bir sıra uğurlara imza atıb.

Prezident Elçibəyin şok müsahibəsi: “Kəlbəcərdən camaatı çıxarmaq üçün  Türkiyədən helikopter istədim, vermədi” – VİDEO

Elçibəyin hakimiyyəti dövründə milli azlıqlar haqqında demokratik mahiyyət daşıyan mütərəqqi qanun qəbul olunub, milli valyuita dövrüyyəyə buraxılıb, ali məktəblərə qəbul imtahanlarında test üsulu tətbiq edilib. Qarabağda erməni separatçılarına və işğalçı Ermənistan ordusuna qarşı uğurlu əməliyyatalar aparılıb. 

1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşdırılan Əbülfəz Elçibəy 4 il doğulduğu Kələki kəndində yaşaıb. 1997-ci ildə Bakıya dönən Elçibəy ölkənin demokratikləşməsi uğrunda mübarizəni davam etdirib. Onun əsas fəaliyyəti eyni zamanda Bütöv Azərbaycan ideyasının geniş yayılması istiqamətdə idi. 

Əbülfəz Elçibəy — Vikipediya

İngiltərənin sabiq baş naziri, “dəmir ledi” ləqəbli Marqaret Tetçerin "Qafqazda ən böyük demokrat" adlandırdığı Ə.Elçibəy 1997-ci ilin noyabrında Bütöv Azərbaycan Birliyini də yaradır və qurumun başqanı seçilir. 

Əbülfəz Elçibəy dəryasından bir neçə damla...

Elçibəy iki yerə bölünmüş Azərbaycan xalqını  buirləşəcəyinə inanır və bütövlük ideyasını təbliğ edirdi. 2000-ci ilin yayında Ankarada xəstə olarkən Azərbaycan gəncliyinə etdiyi müraciətində də Azərbaycanın bütövləşəcəyinə inam ifadə olunurdu.

“Bir gün gələcək bütün yollar, dağlar sultanı, dağlar şahənşahı, dağlar piri Savalana gedəcək! Bir gün gələcək, Savalan milyon-milyon insanın ziyarət məbədi, and yeri, inanc qaynağı olacaqdır!
Azadlıq sevdasını daşıyanlara Savalan ziyarəti qismət olsun! Tanrı yar olsun!”-Elçibəy gəncliyə xitabında deyirdi.

Azərbaycanın canından çox sevən azadlıq mücahidi, Turan sevdalısı olan Əbülfəz Elçibəy 2000-ci ilin 22 avqustunda Ankarada vəfat edib. Bakıda, Fəxri xiyabanda dəfn edilib.
Allah rəhmət eləsin!

Ayxan


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ombudsman Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

2021-08-01

gun az article

Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

2021-08-01

gun az article

Azərbaycanda daha 671 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 4 nəfər ölüb

2021-08-01

gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb: 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31