Yanvarın 22-i cümə günü Çaldıranın “Baba Əhməd” mağarasında itkin düşən 3 antik əşya qaçaqmalçının cəsədləri tapılıb.
Gunaz.tv
Çaldıran fərmandarı “Həsən Məhəmmədzadə” “Mehr” xəbər agentliyinə verdiyi açıqlamada bu şəxslərin antik və tarixi əşya axtarışı məqsədi ilə mağaraya girdiklərini bildirib.
O, qaçaqmalçıların “Sənəndəc”, “Maku” və “Xoy” şəhərlərindən olduqlarını deyib.
Bu gün səhər saatlarında Maku şəhərinin “Qızıl Aypara” cəmiyyətinin rəisi “şənbə axşamı 12 saat yorucu axtarışdan sonra sənəndəcli qaçaqmalçının cəsədinin tapıldığı”nı söyləyib.
Səccad İsmayılzadə “İSNA” xəbər agentliyinə verdiyi açıqlamada 3 dostun zəhərli qazlar buraxan mağarada 4 gün qaldıqlarını, cümə günü axşam saatlarında onlardan birinin cəsədinin çıxarıldığını və başqa 2 nəfərin cəsədinin çıxarılması üçün əlavə qrup göndərildiyini deyib.
C.E