Cenevrədə XİN rəhbərlərinin görüşü başa çatdı - Yenilənib

2020-10-31 09:35

Bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub.

Gunaz.tv Quote | Gunaz article

XİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, görüş zamanı nazir Azərbaycanın mövqeyi barədə qarşı tərəfə məlumat verərək, Ermənistanın destruktiv əməlləri, mülki şəxslərin və yaşayış məntəqələrinin hədəfə alındığı, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi, müharibə cinayətlərinin törədildiyini qarşı tərəfin diqqətinə çatdırıb.

 

Daha sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri və Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında görüş başlayıb. Görüş hazırda davam edir.

***
Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xarici İşlər naziri ilə görüşü başa çatıb.

 

Bu barədə "Qafqazinfo"ya  Xarici İşlər Nazirliyindən bildirilib.

 

Görüşdə nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.

 

Humanitar tədbirlərdən bəhs edən Ceyhun Bayramov Azərbaycanın sərgilədiyi konstruktiv yanaşmanı vurğulayıb. Bu xüsusda, Azərbaycan tərəfindən birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini qeyd edib. Nazir Azərbaycanın bu təklifi çox öncədən irəli sürdüyünü bildirib.

 

Ceyhun Bayramov, həmçinin Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulayıb.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda daha 362 nəfər koronavirusdan vəfat edib, 13 621 nəfər virusa yoluxub (Rəsmi statistika)

2020-12-02

gun az article

İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - Açıqlama

2020-12-02

gun az article

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - SƏRƏNCAM

2020-12-02

gun az article

10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub

2020-12-02

gun az article

Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

2020-12-02

gun az article

Pompeo: “Tehran rejimi bölgənin və onun dinc əhalisinin təhlükəsizliyinə qarşı ən böyük təhdiddir”

2020-12-02

gun az article

Qarabağda hərbi hissədə partlayış zamanı iki erməni hərbçi ölüb

2020-12-02

gun az article

XİN Fransa Parlamentinin bir qrup üzvünün Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı yazılanlara münasibət bildirib

2020-12-02

gun az article

Vətən müharibəsinə görə təltifetmə bu qayda ilə olacaq

2020-12-02

gun az article

ƏƏSMN: Şəhid ailələri və müharibə əlilləri orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar

2020-12-02

gun az article

Komissiya: Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri və mülki şəxslərin hüquqları tam təmin edilib

2020-12-02

gun az article

Vətən Müharibəsində qələbə münasibətilə ordenlər və medallar təsis edilib

2020-12-02

gun az article

Beynəlxalq Bəhai İcması İranda bəhailərə qarşı təzyiqlərin artmasından nigaran qaldığını bildirib

2020-12-01

gun az article

İranda daha 382 nəfər koronavirusdan ölüb, 13 881 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2020-12-01

gun az article

Azərbaycan dövlət başçısı: “Artıq müharibə arxada qaldı”

2020-12-01

gun az article

İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb - VİDEO

2020-12-01

gun az article

Paşinyanın Rusiya səfəri ləğv edildi

2020-12-01

gun az article

Ordumuz Vətən müharibəsini bu çətinliklərlə qazandı

2020-12-01

gun az article

İrəvanda etiraz aksiyası zamanı azı 30 nəfər saxlanılıb

2020-12-01

gun az article

Türkiyənin Müdafiə Nazirliyi Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib

2020-12-01