SON XƏBƏRLƏR

Cənubi Koreya İrandan neft və qaz-konsendant idxalını tamamilə dayandırıb

2021.10.20, 07:36
Cənubi Koreya İrandan neft və qaz-konsendant idxalını tamamilə dayandırıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının İranın neft-qaz sektoruna qarşı qəbul etdiyi sanksiyalar son dönəmlər artıq öz nəticəsini verir.

 

Belə ki, Cənubi Koreya son 6 ay ərzində ilk dəfə İrandan neft və qaz-konsendant alışını sıfıra endirib.

 

"İsna" agentliyinin məlumatına əsasən, gömrük statistikaları 2020-ci ilin yanvar ayı ərzində Cənubi Koreyanın İrandan neft idxalatını dayandırdığını, əvəzində isə Amerikadan alışı 53.3% artırdığını göstərir.

 

"İsna" qeyd edir ki, dünyanın ən böyük 5-ci neft idxalatçısı C.Koreya cari ilin ilk ayı ərzində Amerikadan gündəlik 1.72 ton, yəni 406 min 55 barel xam neft alıb. Hansı ki, 2019-cu ilin yanvar ayında bu rəqəm 1.12 milyon ton təşkil etmişdi. Bu isə, öz növbəsində, Koreyanın ABŞ-dan etdiyi qara qızıl idxalının həcmində 1 il ərzində 53.3% artımın olduğundan xəbər verir. Beləliklə, 2020-ci ilin yanvar ayında Amerika Səudiyyə Ərəbistanından sonra Cənubi Koreyaya ən çox neft ixrac edən 2-ci ölkə olub.

 

Rəsmi Seul İran neftinin əsas müştərilərindən hesab edilirdi. 2019-cu ilin yanvar ayında Koreya İrandan gündəlik 227 min 941 ton, yəni 53 min 676 barel neft almışdı. Koreya əsas etibarilə İrandan xam neftin çox yüngül növü hesab edilən qaz-konsendant idxal edirdi.

 

Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının embarqoları nəticəsində rəsmi Tehranın neft satışında ciddi geriləmələr müşahidə olunur. Son statistikalara əsasən, sanksiyalardan öncə günlük təqribən 2.6 milyon barel neft satan İran hazırda 120 min bareldən az miqdarda qara qızıl ixrac edə bilir.

 

Ə.A 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar