SON XƏBƏRLƏR

Cənubi Koreya prezidenti Şimali Koreya lideri Kim Çen Inla görüşə hazır olduğunu bildirib

2021.10.20, 07:36
Cənubi Koreya prezidenti Şimali Koreya lideri Kim Çen Inla görüşə hazır olduğunu bildirib

Gunaz.tv

GünAz TV: Cənubi Koreya prezidenti Mun Çje İn Şimali Koreya prezidenti Kim Çen Inla görüşməyə hazır olduğunu bəyan edib.

 

APA-nın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. O bildirib ki, görüş yalnız müəyyən şərtlər daxilində mümkündür.

 

İki ölkə lideri indiyə kimi 2 dəfə görüşüb. Görüşlərdən biri 2000-ci ildə, digəri isə 2007-ci ildə Pxenyanda baş tutub.

 

Qeyd edək ki, yanvarın 9-da Pxanmuncom sərhəd məntəqəsində Şimali və Cənubi Koreya nümayəndə heyətlərinin görüşü keçirilmişdir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar