SON XƏBƏRLƏR

Cənubi Koreyanın “Hyundai” şirkəti İranla bağladığı 521 milyon dollarlıq müqaviləni ləğv edib

2021.10.20, 07:36
Cənubi Koreyanın “Hyundai” şirkəti İranla bağladığı 521 milyon dollarlıq müqaviləni ləğv edib

Gunaz.tv

GünAzTV: Cənubi Koreyanın “Hyundai” şirkətinin mühəndislik və inşaat sektoru (Hyundai Engineering & Construction) İranla bağladığı 521 milyon dollarlıq müqaviləni ləğv edib.

 

“Hyundai” şirkəti oktyabrın 29-da bəyanat yayaraq, İranla imzaladığı müqavilədən çıxmasının səbəbini Amerhikanın İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqələndirib: “İran, Amerikanın qoyduğu sanksiyalara görə neft-kimya kompleksinin tikilməsi ilə bağlı layihənin maliyyə məsələlərini təmin etməyə qadir deyil. Məhz buna görə də, biz Tehranla bağladığımız bu müqaviləni ləğv etmək qərarına gəldik”.

 

 

Qeyd edək ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar