SON XƏBƏRLƏR

Ceremi Hant İranın İngiltərə gəmisini saxlamağını dövlət quldurluğu adlandırıb

2021.10.20, 07:36
Ceremi Hant İranın İngiltərə gəmisini saxlamağını dövlət quldurluğu adlandırıb

Gunaz.tv

GünAz TV: İngiltərənin xarici işlər naziri Ceremi Hant İranı dövlət səviyyəsində dəniz quldurluğu həyata keçirən ölkə adlandırıb.

 

Parlamentdə körfəzdə İngiltərə gəmilərinin saxlanması ilə bağlı hesabat verən XİN rəhbəri Britaniyaya məxsus gəminin İran tərəfindən saxlanması dövlət quldurluğundan başqa bir şey deyil.

 

Hant rəsmi Tehranın hazırki istiqamətdə davam etdiyi təqdirdə, Avropa İttifaqının gəmiçiliyi qorumaq üçün hərbi donanma yaradacağını və bununla da İranın regionda daha böyük hərbi gəmi karvanları görəcəyini deyib.

 

Xarici işlər naziri həmçinin vurğulayıb ki, İran bu gəmiləri Suriyaya neft aparan özünə məxsus tankerin Britaniya tərəfindən saxlanmasına cavab olaraq ələ keçirib. Hansı ki, Britaniyanın addımı tam qanunidir və Avropa İttifaqının Əsəd rejiminə qarşı qəbul etdiyi sanksiyaları icra etmək üçün atılıb. İranın gəmiləri saxlaması isə tam qanunsuzdur, heç bir hüquqi əsası yoxdur və bu, dövlətin dəniz quldurluğu həyata keçirdiyini göstərir. Parlamentarlar da Hantın fikirlərinə dəstək olublar, İranın addımını qanunsuz adlandırıblar.

 

Eyni zamanda, Britaniyanın baş naziri Tereza Meyin sözçüsü ölkəsinin İranla hərbi qarşıdurmaya girmək niyyətinin olmadığını deyərək, rəsmi Tehrandan saxlanmış gəmi və ekipaj üzvlərinin dərhal azad edilməsini tələb edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar