SON XƏBƏRLƏR

Çexiyanın xarici işlər naziri: “Çexiya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib”

2021.10.20, 07:36
Çexiyanın xarici işlər naziri: “Çexiya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib”

Gunaz.tv
Çexiyanın xarici işlər naziri: “Çexiya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib” sekil90.jpg Bakı. Rəşad Süleymanov-APA. “Dağlıq Qarabağ münaqişəsi regionun ən böyük münaqişəsidir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq verib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə mövqeyini açıqlayan XİN başçısı problemin birmənalı şəkildə sülh yolu ilə həll olunmasını vacib sayıb: “Biz bu fikrin üzərində həmişə dayanmışıq və Çexiya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü mütləq nəzərə alınmalıdır”. vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar