Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb"

2021-06-21 22:19

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və BMT-nin Sivilizasıyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında görüş baş tutub.

Gunaz.tv Quote | Gunaz article

XİN-dən verilən məlumata görə, ali nümayəndəni səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuz bildirilib.

Ali nümayəndənin bölgəyə son səfərindən sonra bir çox dəyişikliyin baş verdiyini nəzərə alaraq, Nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması, ərazilərin tarixi-mədəni, dini irsinin yerlə yeksan edilməsi, gündəlik əsasda insan həyatına təhlükə yaradan mina məsələsi, habelə ərazilərin yenidən qurulması üçün görülən işlər barədə danışıb.

İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması şansının yarandığı, bunun əsasında isə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin durduğu qeyd edilib.

Migel Angel Moratinos BMT Baş katibinin əsas siyasi-təhlükəsizlik aləti qismində çıxış edən Alyansın fəaliyyət istiqamətləri barədə məlumat verib. O, Azərbaycanın Alyansa verdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Alyansın Azərbaycan ilə pandemiya sonrası əməkdaşlıq planlarının geniş olduğu diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. (report.az)

 

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ 24 rus diplomatının sentyabrın 3-dək ölkəni tərk etmələrini tələb edib

2021-08-02

gun az article

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub-Müdafiə Nazirliyi

2021-08-02

gun az article

Azərbaycanın Yardımlı bölgəsində meşə yanır

2021-08-02

gun az article

Avropada yoluxma sayı 60 milyonu ötdü

2021-08-02

gun az article

Milli Qəhrəman Çingiz Qurbanov haqqında film çəkildi

2021-08-02

gun az article

Baş nazir işğaldan azad edilmiş ərazilərdə kütləvi və fərdi məzar yerləri ilə bağlı tapşırıq verdi

2021-08-02

gun az article

Ermənistanda "Delta" ştammı aşkarlandı

2021-08-02

gun az article

Qarabağda daha 4 erməni hərbçinin qalıqları tapıldı

2021-08-02

gun az article

Ermənistanın yeni müdafiə naziri təyin olunub

2021-08-02

gun az article

Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

2021-08-02

gun az article

Qarabağda erməni hərbçi özünü partladaraq intihar edib

2021-08-02

gun az article

İran rəsmisi: “Vaksinasiya işini gecə başladığımız üçün xəstəlikdən gündəlik ölənlərin sayı 800 nəfərə çata bilər”

2021-08-02

gun az article

Daha 20 ölkədən Azərbaycana uçuşlara icazə verildi

2021-08-02

gun az article

Qırğızıstanın axtarışda olan keçmiş prezidenti Əsgər Akayev Bişkekə gəlib

2021-08-02

gun az article

"Delta" ştammı İranda təhlükəli hal aldı: Səhiyyə naziri Xamneyidən iki həftəlik qapanma tələb etdi

2021-08-02

gun az article

Gürcüstan azərbaycanlıları rus soyad sonluqlarından imtina edir

2021-08-02

gun az article

İntizam komissiyası deputat Eldəniz Səlimovla bağlı qərar verdi

2021-08-02

gun az article

Piter Teys: "Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir"

2021-08-02

gun az article

“Həqiqətin bir hissəsini xalqa danışmadıq”- Həsən Ruhani hökumətin son iclasını keçirib

2021-08-02

gun az article

Paşinyan yenidən baş nazir seçildi

2021-08-02