SON XƏBƏRLƏR

Ceyms Cefri: “İdlib məsələsində Amerika və NATO Türkiyənin tərəfindədir”

2021.10.20, 07:36
Ceyms Cefri: “İdlib məsələsində Amerika və NATO Türkiyənin tərəfindədir”

Gunaz.tv

GünAz TV: Ankarada səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin Türkiyəli diplomatlarla görüşü olub.

 

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoya bildirib ki, xarici işlər nazirinin müavini Sedat Önalla keçirilən görüşdə Suriya münaqişəsi, Astana və Soçi razılaşmaları, İdlibdə baş verən son hadisələrdən danışılıb.

 

Ceyms Cefri İdlibdə Türkiyənin 13 hərbçisinin ölümü ilə əlaqədar ABŞ dövləti adından başsağlığı verib. O bildirib ki, İdlib mövzusunda ABŞ və NATO müttəfiqi Türkiyənin tərəfindədir. APA

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar