SON XƏBƏRLƏR

Ceyms Mattis: “İrana xəbərdarlıq etmişik. İran, regional şər hərəkətlərinə görə cavabdeh olmalıdır”

2021.10.20, 07:36
Ceyms Mattis: “İrana xəbərdarlıq etmişik. İran, regional şər hərəkətlərinə görə cavabdeh olmalıdır”

Gunaz.tv

GünAzTV: Amerikanın müdafiə naziri Ceyms Mattis, avqustun 28-də Pentaqonda jurnalistlərə açıqlamasında, İranın regional şər xarakterli fəaliyyətindən, bölgə ölkələrinin daxili işlərinə qarışmasından və Orta Şərqin sabitliyini pozmasından danışıb.  

 

Mattis bildirib ki, Vaşinqton İranın regional şər əməllərini davam etdirməsinə dözməyəcək və rəsmi Tehran bu pis rəftarına görə cavab verməli olacaq: “Biz, İrana regionda davam etdirdiyi şər əməllərinə görə xəbərdarlıq etmişik. Bu xəbərdarlıq, Suriyada Əsədlə birlikdə törətdiyi qətl və cinayətlərə, Hörmüz boğazını bağlayacağı ilə bağlı təhdidlərinə, eləcə də Səudiyyə Ərəbistanına raketlə hücum edən Yəmən husilərinə dəstəyini davam etdirdiyinə görə İrana edilib.

 

Bildiririk ki, Vaşinqton İranın bu pis rəftar və əməlləri qarşısında sakit qalmayacaq və onun bu davranışına dözməyəcək. Hesab edirik ki, İran bu şər hərəkət və rəftarına görə cavabdeh olmalıdır. Baxmayaraq ki, İran son vaxtlar özünün hücumçu siyasətindən az da olsa geri oturub, lakin bu ölkə hələ də, Orta Şərqdə sabitliyin pozulmasının ən böyük səbəbkarı sayılır”.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar