Cığalılar ekoloji fəlakətin baş verməsindən qorxurlar

2021-02-04 14:43

Onlar başqa bölgələrdə mədən sənayesi tullantılarının törətdiyi ekoloji problemlərin Cığa kəndində də baş verməsini istəmirlər.

Gunaz.tv Quote | Gunaz article

Şərqi Azərbaycanın Heris bölgəsində yerləşən tarixi “Cığa” kəndinin Ayraxlı dağında tapılan mis ehtiyatları əhalini sevindirmək yerinə onların ciddi narahatlığına səbəb olub.

 

“Əndirqan” qızıl yatağı və “Süngün” mis yatağının qaydasız istismarı nəticəsində bölgədə baş verən faciəli ekoloji problemlər cığalıların qayğılı olamqlarını əsaslandırır.

 

Herisin fərmandarı və bölgənin İran Parlamentindəki nümayəndəsinin işbirliyi ilə yatağın istismarı üçün icazə verilib. Cığa əhalisinin xəbəri olmadan istismara icazə alan şirkət bir neçə gün öncə Cığanın Ayraxlı dağına texniki avadanlıqlar və ağır qazıntı maşınları göndərib. Yerli əhalinin ciddi etirazı və müqaviməti nəticəsində şirkət bir neçə gündən sonra texnikanı ərazidən çıxarmağa məcbur olub.

 

Kənd sakinləri Herisin parlamentdəki nümayəndəsi “Məhərrəmzadə”ni şəxsi maraqları üçün bölgənin ekoloji sisteminin pozulmasına göz yumduğunu iddia edirlər.

 

Bununla yanaşı istismar olunacaq yataqların bölgə əhalisinə problemlərdən başqa heç nə verməyəcəyini bildirən sakinlər, buna Vərziğan bölgəsində istifadəyə verilən mədənlərin yerli əhaliyə vurduğu ziyanları nümunə göstərirlər.

 

O mədənlərdən çıxarılanlar ölkənin başqa əyalətlərinə daşındığı halda bölgə sakinləri sadəcə ortaya çıxan yeni ekoloji problemlərlə uğraşmalı olurlar.


Qeyd edək ki, mis yatağından istismara başlanıldığı təqdirdə Dağdağan, Güllücə, Çaykəndi, Çobanlar, Qışlaqlar, Gülaxur, Deyihli, Ağkəndi də daxil olmaqla bölgənin 18 kəndinin əkin torpaqlarından istifadə mümkün olmayacaq. Bu, Cığa və başqa 18 kəndin əhalisinin məcburi köçünə səbəb ola bilər.

 

Tarixi Cığa kəndində 400 ailədən ibarət 2 min nəfər yaşayır. Əhalisi əkinçilik, maldarlıq, bağçılıq və xalçaçılıqla məşqul olur. Bölgənin təbii zənginliyi və məşqulluq imkanlarının mövcudluğu öncələr böyük şəhərlərə köçmüş cığalıların son illər yenidən doğma kəndlərinə geri dönmələrinə səbəb olub.

 

C.E

 

Результат изображения для معدن بیهههریس​​​​​​​
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.24.2021-Sözümüz: Gündəmdə nə var?

2021-06-25

gun az article

GünazTV June.24.2021- Düşünməyə Çağırı: Güney Türküstanda nələr baş verir?

2021-06-25

gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23