Şərqi Azərbaycanın Cığa kəndi ekoloji fəlakətlə üz-üzə: 18 kənd boşala bilər-XƏBƏRDARLIQ

2021-03-31 10:35

Əyalətin Heris bölgəsində yerləşən tarixi Cığa kəndinin Ayraxlı dağında tapılan mis ehtiyatları yerli əhaliyə sevincdən çox qayğı gətirib. 

Gunaz.tv Quote | Gunaz article

Kəndlilər mis yatağında aparılan qeyri-standart qazıntı və hasilat işlərinin kəndin və bölgənin ekoloji tarazlığını pozacağını bildirir. Hesab olunur ki, bu işlər əhali üçün daha ciddi problemlər yaradacaq.

Qeyd edək ki, Azərbaycanın başqa bölgələrində qaydalardan kənar istismar nəticəsində mədən sənayesi tullantıları ciddi ekoloji problemlərə səbəb olub. Əhali bu problemin Cığa kəndində də baş verməsini istəmirlər.

Hesab edilir ki, mis yatağının fəaliyyətiəkin torpaqlarının eroziyaya uğraması, iqlim dəyişikliyinə səbəb olacaq. Kimyəvi tullantılar nəticəsində bölgədə yerüstü və yeraltı su axınlarının çirklənməsi baş verəcək.

Dağlar yağış buludlarının cəlb edilməsində mühüm rol oynayır. Ayraxlı dağı da istisna deyil. Dağ ətraf kəndlərin, xüsusən də Cığa kəndinin yağışlarının artmasında və nəticədə su təminatının ödənilməsində mühüm rol oynayır.
 
Kəndlilərdən biri Sirus Cabbari “Mehr” informasiya agentliyinə verdiyi müsahibədə bildirib ki, sakinlərin narahatlığının ən vacib səbəbi mədənin dağın yamaclarında və yüksəkliklərində yerləşməsidir.


“Ayraxlı dağı və onun yamacları Cığa kəndinin və başqa qonşu kəndlərin içməli suyu və əkinçilik suyunun mənbəyidir. Dağda qaydasız qazıntılar və hasilat işləri su problemi yaratmaqla yanaşı bölgənin ekologi tarazlığının pozulmasına, vəhşi təbiətin, əkinçiliyin, heyvandarlığın məhv olmasına və Cığa kəndi ilə yanaşı Qaraca, Abdulcabbar kəndlərinin boşalmasına səbəb olacaq”-deyə, o, bildirib.

Xatırladaq ki, fevral ayında kənd əhalisi mətbuat vasitəsilə əlaqədar qurumlara və məsullara bu məsələ ilə bağlı müraciət etmişdi.

Müraciətdə Vərziğan bölgəsində istifadəyə verilən mədənlərin yerli əhaliyə vurduğu ziyanı nümunə göstərən kəndlilər istismar olunacaq yataqların bölgə əhalisinə ciddi problemlər yaradacağını bildirmişdi. 

Qeyd edək ki, mis yatağı istismara başlanıldığı təqdirdə Dağdağan, Güllücə, Çaykəndi, Çobanlar, Qışlaqlar, Gülaxur, Deyihli, Ağkəndi də daxil olmaqla bölgənin 18 kəndinin əkin torpaqlarından istifadə etmək mümkün olmayacaq. Bu, Cığa və başqa 18 kəndin əhalisinin məcburi köçünə səbəb ola bilər.
 
Tarixi Cığa kəndində 400 ailədən ibarət 2 min nəfər yaşayır. Əhalisi əkinçilik, maldarlıq, bağçılıq və xalçaçılıqla məşqul olur. Bölgənin təbii zənginliyi və məşqulluq imkanlarının mövcudluğu öncələr böyük şəhərlərə köçmüş cığalıların son illər yenidən doğma kəndlərinə geri dönmələrinə səbəb olub.


C.E
 

اعتراض روستاییان«جیغه» به فعالیت معدن/وقتی محیط زیست تهدید می‌شود | پایگاه  خبری آرمان اقتصادی

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.24.2021-Sözümüz: Gündəmdə nə var?

2021-06-25

gun az article

GünazTV June.24.2021- Düşünməyə Çağırı: Güney Türküstanda nələr baş verir?

2021-06-25

gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23