SON XƏBƏRLƏR

Çin Amerikaya nota göndərib

2021.10.20, 07:36
Çin Amerikaya nota göndərib

Gunaz.tv

GünAzTv: Şimali Koreyadan sonra Çin də Vaşinqtona xəbərdarlıq etdi.

 

Çin özü üçün iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyan Sarı dənizdə onun razılığı olmadan xarici dövlətlərin hərbi fəaliyyətlə məşğul olmasına qarşıdır. Bu, Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən bəyanatda yer alıb.

 

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata əsasən, Çin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xun Leya bəyanatı şərh edərək deyib ki, söhbət ABŞ-ın (Amerika Birləşmiş Ştatları) noyabrın 28-dən başlayaraq dekabrın 1-dək Cənubi Koreya ilə birlikdə keçirməyi planlaşdırdığı hərbi təlimdən gedir. 

 

O bildirib ki, hazırda Koreya yarımadasında vəziyyət çox mürəkkəb və həssasdır, tərəflər səbirli və soyuqqanlı olmalı, gərginliyin azaldılması istiqamətində addımlar atmalıdırlar: “Əks addımlar atmaq olmaz”.

 

Qeyd edək ki, Koreya yarımadasında vəziyyət Şimali Koreyanın Sarı dənizdəki Yonpxyenda adasını artilleriya atəşinə tutmasından sonra gərginləşib. Cənubi Koreya adanın Şimali Koreya tərəfindən artilleriya atəşinə tutulması nəticəsində 4 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını bildirib. Cənubi Koreya cavab atəşi açıb. Noyabrın 28-də isə Sarı dənizdə ABŞ-ın “Corc Vaşinqton” təyyarədaşıyan gəmisinin iştirakı ilə birgə hərbi təlimlər başlayacaq. Şimali Koreya da ABŞ hərbçilərinin dəniz sərhədlərinin dəqiqləşmədiyi bir məkanda hərbi təlimlərdə iştirak etməsinin müharibəyə yol açacağı barədə xəbərdarlıq edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar